Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Allahşükür Paşazadədən Moskva açıqlaması: "Ermənistanın revanşizm təzahürləri səngimir"

© Photo : AZƏRTACAllahşükür Paşazadə Moskvanın və bütün Rusiyanın Patriarxı ilə görüşüb
Allahşükür Paşazadə Moskvanın və bütün Rusiyanın Patriarxı ilə görüşüb
 - Sputnik Azərbaycan, 1920, 08.12.2022
Abunə olmaq
QMİ sədri bildirib ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin ənənəvi dini-mənəvi dəyərlərə böyük ehtiramla yanaşması, İslam dininin mütərəqqiliyi, bəşəri əhəmiyyətini ifadə etməsi Rusiyanın müsəlman aləmində böyük hörmət qazanmasına dəlalət edir.
BAKI, 8 dekabr — Sputnik. Moskvada Məhəmməd Peyğəmbərin hicrətinin 1400 illiyinə və Volqaboyu bulqarlarının İslamı qəbul etməsinin 1100 illiyinə həsr olunmuş XVIII beynəlxalq müsəlman forumu keçirilir.
"Ədalət və mötədillik – dünya nizamının ilahi prinsipləri" mövzusunda təşkil olunmuş forumun qonaqları və iştirakçıları dünyanın 30 ölkəsindən, o cümlədən Azərbaycan, Belarus, Misir, Hindistan, İndoneziya, İraq, İran, Qazaxıstan, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Pakistan, Səudiyyə Ərəbistanı, Türkiyə, Özbəkistandan dini liderlər, akademik icmanın nümayəndələri, yüksəkvəzifəli siyasi və ictimai xadimlərdir.
Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə də iştirak edir.
Şeyxülislam Allahşükür Paşazadə açılış mərasimində çıxış edərək Prezident İlham Əliyevin salamlarını, Azərbaycan xalqının xeyir-dualarını forum iştirakçılarına çatdırıb.
QMİ sədri bildirib ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin ənənəvi dini-mənəvi dəyərlərə böyük ehtiramla yanaşması, İslam dininin mütərəqqiliyi, bəşəri əhəmiyyətini ifadə etməsi Rusiyanın müsəlman aləmində böyük hörmət qazanmasına dəlalət edir. O, mürəkkəb zamanda yer üzündə Allahın buyurduğu, təlqin etdiyi ideallara istinad, ilahi düzənin formalaşdırılmasının taleyüklü önəm kəsb etdiyini vurğulayıb.
Bütün Qafqazın şeyxi Azərbaycan xalqının Vətən müharibəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə BMT-nin 4 qətnaməsinin tələblərini yerinə yetirərək beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyünü bərpa etməsinin ikinci ildönümünü qeyd etdiyini forum iştirakçılarının diqqətinə çatdırıb. O deyib:
"Otuz illik işğal dövründə Azərbaycanın Qarabağ torpaqlarında mədəni-mənəvi irs abidələrinə qarşı həyata keçirilmiş vandalizm aktlarını, dağıdılmış şəhər və kəndlərimizi, məscidlərimizi bütün dünya, bu gün burada iştirak edən bəzi qonaqlar öz gözləri ilə görüb. Bu gün Azərbaycan dövləti azad Qarabağda dini-mənəvi abidələrimizi bərpa edir və yenidən qurur".
Şeyxülislam Allahşükür Paşazadə təəssüflə qeyd edib ki, Azərbaycanın bölgədə sülhə çağırdığı və iqtisadi layihələrlə çıxış etdiyi dövrdə Ermənistan tərəfindən revanşizm təzahürləri səngimir. O bildirib ki, erməni kilsəsinin də bu prosesdə iştirakı təəssüf doğurur. Münaqişə dövründə Zati-müqəddəsləri Moskva və bütün Rusiya Patriarxı Kirill həzrətlərinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan dini liderləri arasında baş tutan üçtərəfli dialoq sayəsində qarşıdurmanın dini müstəviyə keçməsinin qarşısı alındı: "Sülh yönündə bu xidmətlərinə görə müdrik qardaşım Patriarx Kirill həzrətlərinə Azərbaycan xalqı adından dərin minnətdarlığımı ifadə edirəm. Azərbaycanın haqq işinə dəstək verən bütün həmkarlarıma, xüsusilə, qardaşım, Rusiya müsəlmanlarının rəhbəri Ravil Qaynutdin həzrətlərinə dərin təşəkkürlərimi bildirmək istərdim".
Şeyxülsilam Allahşükür Paşazadə, həmçinin Azərbaycanın uğurlu birgəyaşayış modelinin bütün dünya üçün örnək ola biləcəyini vurğulayaraq, multikultural zənginliyin Azərbaycan dövlətinin ən böyük sərvətlərindən olduğunu, Prezident İlham Əliyevin dünya miqyasında multikulturalizm ideyasını təşviq edərək, mədəniyyətlərarası əməkdaşlığa dair Bakı prosesinin müəllifi olduğunu forum iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirdə Rusiya hökuməti sədrinin müavini Marat Xusnullin, Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin sədri, Beynəlxalq Müsəlman Forumunun Baş katibi müfti şeyx Ravil Qaynutdin, Türkiyə Diyanət İşləri İdarəsinin sədri Əli Erbaşvə başqaları çıxış ediblər.
Forum çərçivəsində "Dini dialoq dinlərarası və mədəniyyətlərarası həmrəyliyin zəruri inkişaf amili kimi" mövzusunda "Qasprinski qiraəti" V beynəlxalq elmi-praktik konfransı, "Mötədillik və ədalətin İbrahim surəsinin şərhi kontekstində sivilizasiyalı plüralizmə haqq qazandırılması" mövzusunda dəyirmi masa, "Mədinə" nəşrlər evinin 15 illiyi şərəfinə nəşriyyatın kitab və layihələrinin təqdimatı keçiriləcək.
Rusiyanın Müasir Tarixi Mərkəzi Dövlət Muzeyində tarixin əsas mərhələlərini, Rusiya müsəlmanlığının ən böyük hadisələri və şəxsiyyətlərini əks etdirən "İslam bağları. Əsrlərdən keçən inam işığı" adlı sərgi açılacaq.
Forumun təşkilatçıları - "Beynəlxalq Müsəlman Forumu" beynəlxalq ictimai təşkilatı və Rusiya Müsəlmanları Ruhani İdarəsi, həmtəşkilatçıları isə Türkiyənin Dini İşlər İdarəsi, İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatı, Dünya Müsəlman İcmaları Şurasıdır.
Xəbər lenti
0