https://sputnik.az/20221207/rusiyanin-bu-regionunun-muessiseleri-azerbaycan-bazarina-cixmaqda-maraqlidir-449376588.html
Rusiyanın bu regionunun müəssisələri Azərbaycan bazarına çıxmaqda maraqlıdır
Rusiyanın bu regionunun müəssisələri Azərbaycan bazarına çıxmaqda maraqlıdır
Sputnik Azərbaycan
Rusiya Federasiyasının Azərbaycandakı ticarət nümayəndəsi Novqorod vilayətindən olan iş adamlarına Azərbaycanda keçirilən ixtisaslaşmış sərgilərdə iştirakın... 07.12.2022, Sputnik Azərbaycan
2022-12-07T15:14+0400
2022-12-07T15:14+0400
2022-12-07T18:29+0400
rusiya
azərbaycan
rusiya
nijni novqorod
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/07/437030205_0:68:1280:788_1920x0_80_0_0_3152f71f65f66051ed5fe55e192c818c.jpg
BAKI, 7 dekabr — Sputnik. Rusiya İxrac Mərkəzinin Azərbaycandakı nümayəndəliyində Novqorod vilayətindən Azərbaycana işgüzar səfərə gəlmiş Regional İxraca Dəstək Mərkəzinin direktor müavini Darya Yanveldtin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.Biznes missiyası ağac emalı və tikinti sahəsində fəaliyyət göstərən üç şirkəti əhatə edir. Görüş zamanı onların nümayəndələri öz müəssisələrini təqdim edib, həmçinin, suallar vermək imkanı əldə ediblər.Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov ixracatçılara dəstək üçün maliyyə və qeyri-maliyyə alətləri, ikitərəfli əməkdaşlığın perspektiv istiqamətləri, məhsulların sertifikatlaşdırılmasının xüsusiyyətləri barədə ətraflı danışıb, o cümlədən, Azərbaycanda keçirilən ixtisaslaşmış sərgilərdə iştirakın vacibliyini vurğulayıb.Yanveldt bildirib ki, Novqorod vilayəti Azərbaycana əsasən taxta-şalban və gübrə ixrac edir. O, həmçinin, uşaq məhsulları və məişət məmulatları istehsalçılarının yüksək ixrac potensialını vurğulayaraq, bir sıra Novqorod şirkətlərinin məhsullarını təqdim edib.Biznes missiyası çərçivəsində danışıqlar, B2B görüşlər və ixtisaslaşmış Azərbaycan müəssisələrinə səfərlər nəzərdə tutulub.Novqorod vilayətinin nümayəndə heyətinin Azərbaycana səfəri dekabrın 7-dək davam edəcək.
azərbaycan
nijni novqorod
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/07/437030205_70:0:1210:855_1920x0_80_0_0_b09fcae4861a0cd97b38e6c53be56e42.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
azərbaycan, rusiya, nijni novqorod
azərbaycan, rusiya, nijni novqorod
Rusiyanın bu regionunun müəssisələri Azərbaycan bazarına çıxmaqda maraqlıdır
15:14 07.12.2022 (Yenilənib: 18:29 07.12.2022) Rusiya Federasiyasının Azərbaycandakı ticarət nümayəndəsi Novqorod vilayətindən olan iş adamlarına Azərbaycanda keçirilən ixtisaslaşmış sərgilərdə iştirakın əhəmiyyətindən danışıb.
BAKI, 7 dekabr — Sputnik. Rusiya İxrac Mərkəzinin Azərbaycandakı nümayəndəliyində Novqorod vilayətindən Azərbaycana işgüzar səfərə gəlmiş Regional İxraca Dəstək Mərkəzinin direktor müavini Darya Yanveldtin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Biznes missiyası ağac emalı və tikinti sahəsində fəaliyyət göstərən üç şirkəti əhatə edir. Görüş zamanı onların nümayəndələri öz müəssisələrini təqdim edib, həmçinin, suallar vermək imkanı əldə ediblər.
Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov ixracatçılara dəstək üçün maliyyə və qeyri-maliyyə alətləri, ikitərəfli əməkdaşlığın perspektiv istiqamətləri, məhsulların sertifikatlaşdırılmasının xüsusiyyətləri barədə ətraflı danışıb, o cümlədən, Azərbaycanda keçirilən ixtisaslaşmış sərgilərdə iştirakın vacibliyini vurğulayıb.
Yanveldt bildirib ki, Novqorod vilayəti Azərbaycana əsasən taxta-şalban və gübrə ixrac edir. O, həmçinin, uşaq məhsulları və məişət məmulatları istehsalçılarının yüksək ixrac potensialını vurğulayaraq, bir sıra Novqorod şirkətlərinin məhsullarını təqdim edib.
Biznes missiyası çərçivəsində danışıqlar, B2B görüşlər və ixtisaslaşmış Azərbaycan müəssisələrinə səfərlər nəzərdə tutulub.
Novqorod vilayətinin nümayəndə heyətinin Azərbaycana səfəri dekabrın 7-dək davam edəcək.