Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Prezident İlham Əliyev Rusiyanın Həştərxan vilayətinin qubernatorunu qəbul edib

© Official website of President of Azerbaijan RepublicAzərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. - Sputnik Azərbaycan, 1920, 07.12.2022
Abunə olmaq
Azərbaycan Prezidenti bu ilin aprelində də Həştərxan vilayətinin qubernatorunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
BAKI, 7 dekabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 7-də Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.
Dövlətimizin başçısı Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının ayrı-ayrı vilayətləri, o cümlədən Həştərxan vilayəti ilə səmərəli əməkdaşlığın həyata keçirildiyini bildirdi və bu əməkdaşlığın Azərbaycan-Rusiya əlaqələrinin inkişafında rolunu qeyd etdi. Rusiya ilə ikitərəfli münasibətlərin 2022-ci ildə də uğurla inkişaf etdiyini deyən Prezident İlham Əliyev bu baxımdan qarşılıqlı səfərlərin və Bakıda keçirilən regionlararası forumun əhəmiyyətini vurğulayıb.
Azərbaycanla Həştərxan vilayəti arasında ənənəvi qonşuluq əlaqələrinin mövcudluğuna toxunan dövlətimizin başçısı əməkdaşlıqla bağlı planların həyata keçirilməsindən məmnunluğunu ifadə edib.
Xoş sözlərə görə minnətdarlığını bildirən İqor Babuşkin Rusiya Federasiyasının Həştərxan vilayətinin ölkəmizlə əməkdaşlığının uğurla davam etdiyini deyərək, bu ilin 9 ayının nəticələrinə əsasən, yükdaşımalarının 4 dəfə artmasını əlaqələrin yaxşı göstəricisi kimi dəyərləndirdi, eyni zamanda, ixrac və idxal məhsullarının çeşidinin genişləndiyini diqqətə çatdırıb.
Qonaq Bakıda keçirilən regionlararası forumun əhəmiyyətini vurğulayaraq Həştərxan vilayəti ilə Azərbaycan arasında əməkdaşlığın Azərbaycan-Rusiya əlaqələrinin genişlənməsi işinə töhfə verdiyini məmnunluqla qeyd edib.
Görüşdə Heydər Əliyev Fondunun Həştərxan vilayətində həyata keçirdiyi layihələrin əhəmiyyətinə toxunuldu, gələn il Ulu Öndərin anadan olmasının 100 illiyi ilə bağlı Həştərxanda bir sıra tədbirlərin keçiriləcəyi bildirilib.
Söhbət zamanı humanitar sahədə əməkdaşlıq məsələləri də müzakirə olunub.
Xatırladaq ki, Prezident İlham Əliyev bu ilin aprelin 25-də də Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, ölkəmizin Rusiyanın ayrı-ayrı subyektləri, o cümlədən Həştərxan vilayəti ilə uzun illər səmərəli əməkdaşlıq həyata keçirdiyi bildirilib.
Söhbət zamanı ölkəmizlə Həştərxan vilayəti arasında ticari-iqtisadi, nəqliyyat, tranzit, gəmiqayırma, limanlararası əlaqələr sahələrində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Bakıda Həştərxan İş Mərkəzinin, Həştərxanda isə Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilən Azərbaycan İş Mərkəzinin fəaliyyət göstərməsinin önəmi qeyd olunub.
Xəbər lenti
0