Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Mikayıl Cabbarov Dağıstan Respublikasının rəhbəri ilə görüşüb - FOTO

CC BY-SA 4.0 / website of the Head of the Republic of Dagestan / Meeting of the head of Dagestan Sergey MelikovSergey Melikov Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarovla
Sergey Melikov Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarovla - Sputnik Azərbaycan, 1920, 07.12.2022
Abunə olmaq
Tərəflər işgüzar dairələr arasında əlaqələrin intensivləşdirilməsi, özəl sektorun iqtisadi münasibətlərdə fəallığının artırılması ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparıblar.
BAKI, 7 dekabr — Sputnik. İqtisadiyyat Nazirliyində ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri Sergey Məlikovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Nazir Mikayıl Cabbarov Rusiya Federasiyası ilə əlaqələrin uğurlu inkişafını qeyd edib, iqtisadi potensialın reallaşdırılması, ticarət və investisiya əlaqələrinin gücləndirilməsinin önəmini vurğulayıb.
Bildirilib ki, Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti, həmçinin işğaldan azad edilmiş torpaqlarımızın böyük iqtisadi potensialı regional əməkdaşlığın, o cümlədən Rusiya Federasiyasının subyektləri ilə əlaqələrin genişləndirilməsinə yeni imkanlar yaradır.
Nazir qeyd edib ki, ölkəmizlə Dağıstan Respublikası arasında nəqliyyat, dövlət xidmətlərinin göstərilməsi, mədəniyyət, gənclər və idman, turizm sahələrində, eləcə də Dağıstanla Azərbaycanın şəhərləri arasında əməkdaşlıq haqqında müxtəlif sənədlər imzalanıb və uğurla icra olunur.
Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, Rusiya Federasiyasının digər subyektləri kimi Dağıstan Respublikasının da Azərbaycanla tərəfdaşlığa böyük önəm verdiyini, bu baxımdan yüksək səviyyəli qarşılıqlı səfərlərin xüsusi rolunu vurğulayıb. İşgüzar dairələrin iştirakı ilə keçirilən tədbirlərin iqtisadi əlaqələrin dərinləşməsində əhəmiyyətini qeyd edən Sergey Məlikov əməkdaşlıq imkanlarına dair fikirlərini bölüşüb.
Tərəflər işgüzar dairələr arasında əlaqələrin intensivləşdirilməsi, özəl sektorun iqtisadi münasibətlərdə fəallığının artırılması ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparıblar.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 6-da Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikovu qəbul edib.
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Rusiya Federasiyasının ayrı-ayrı regionları, o cümlədən Dağıstan Respublikası ilə uğurlu əməkdaşlıq həyata keçirdiyini bildirib və bunun Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin inkişafına töhfə verdiyini deyib.
Dövlətimizin başçısı eyni zamanda bildirib ki, Azərbaycan-Rusiya əlaqələri 2022-ci ildə də uğurla inkişaf edib. Prezident İlham Əliyev bu baxımdan qarşılıqlı səfərlərin və səmərəli görüşlərin əhəmiyyətini vurğulayıb, eyni zamanda bu yaxınlarda keçirilən növbəti Azərbaycan-Rusiya regionlararası Forumunun önəmini qeyd edib.
Dövlətimizin başçısı əsrlər boyu xalqlarımız arasında tarixi əlaqələrin mövcud olduğunu vurğulayaraq müasir dövrdə də bu münasibətlərin möhkəmləndiyini məmnunluqla diqqətə çatdırıb. Bu baxımdan Prezident İlham Əliyev Sergey Məlikovun ölkəmizə səfərinin Azərbaycanla Dağıstan arasında konkret istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi işinə töhfə verəcəyinə əminliyini bildirib.
Xalqlarımızın qardaşlıq əlaqələrinin mövcud olduğunu bildirən Sergey Məlikov digər xalqların nümayəndələri ilə yanaşı, azərbaycanlıların da Dağıstanda vahid ailə kimi yaşadıqlarını məmnunluqla qeyd edib. O, ölkəmizə səfəri zamanı keçiriləcək görüşlərin əməkdaşlığın daha da genişlənməsi işinə töhfə verəcəyinə əminliyini bildirib.
Dövlətimizin başçısı Azərbaycan Prezidentinin Sərəncamına əsasən, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası, o cümlədən Azərbaycan və Dağıstan xalqları arasında dostluq əlaqələrinin inkişafında səmərəli fəaliyyətinə görə Dağıstan Respublikasının rəhbərinin müşaviri Maqomed Səidoviç Qurbanova təltif olunduğu "Şöhrət" ordenini təqdim edib.
Xəbər lenti
0