Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

İlham Əliyev necə desə, elə də edəcək - bunu Moskvada hamı bilir - Korotçenko

© Sputnik / Murad Orujov"Milli Müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko, arxiv şəkli
Milli Müdafiə jurnalının baş redaktoru İqor Korotçenko, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 07.12.2022
Abunə olmaq
Ekspert bildirir ki, "erməni lobbiçilərinin qışqırmasından asılı olmayaraq", Rusiya Zəngəzur dəhlizinin işə salınmasında maraqlıdır.
BAKI, 7 dekabr - Sputnik. "Bakının simasında biz öz öhdəliklərini yerinə yetirən etibarlı tərəfdaş görürük". Bunu Xəzər Strateji Araşdırmalar İnstitutunun (Rusiya) baş direktoru İqor Korotçenko "Moskva-Baku.ru"-ya Rusiya və Azərbaycan XİN rəhbərlərinin son görüşünün nəticələrini şərh edərkən deyib.
Ekspert bildirib ki, Sergey Lavrovun Rusiyanın üçtərəfli bəyanatın bəndlərinə əməl olunmaması ilə bağlı Azərbaycanı narahat edən məsələləri həll etməsi ilə bağlı bağlı açıqlaması son dərəcə vacibdir.
Korotçenko Azərbaycanın Qarabağ iqtisadi rayonundakı Rusiya sülhməramlılarının komandanının Laçın dəhlizində mini-gömrük məntəqəsinin yaradılmasının Azərbaycan tərəfi ilə müzakirə olunduğunu deməsiunə diqqət çəkib:

"Rusiyanın bütün səviyyələrdə tanıdığı və bəyan etdiyi faktına əsaslanaraq: Qarabağ Azərbaycandır, Qarabağ bölgəsində təbii sərvətlərin mənimsənilməsi, qiymətli metalların çıxarılması da daxil olmaqla istənilən fəaliyyət qanunsuzdur. Qeyd edək ki, bu istehsalın son benefisiarları Qərb şirkətləridir. Bunların hamısı tamamilə qanunsuz fəaliyyətlərdir. Ona görə də Bakının ətraf mühitin monitorinqi ilə bağlı tələbləri tamamilə ədalətlidir".

"Mən və mənimlə işləyən ekspertlər açıq şəkildə Laçın dəhlizinin rejimi ilə bağlı təkliflərimi bildirdik, Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz malların daşınmasını dayandırmağın, insanların və malların nəzarətsiz hərəkətinin dayandırılmasının, əcnəbilərin əraziyə girişinin dayandırılması üçün gömrük və sərhəd nəzarətinin yaradılmasının zəruriliyini bildirdik", - deyə eksert əlkavə edib.
Onun sözlrinə gprə, hazırda bu təkliflərin praktiki icrasına başlanıldığı görünür. Bu isə ekspertlərin, beyin mərkəzlərinin praktiki həll proseslərinə təsirinin effektivliyinin təsdiqidir.
"Bu xəbəri böyük məmnuniyyətlə qəbul edə bilərəm. Biz öz mövqeyimizi digər məsələlərlə yanaşı, Rusiyanın qərar qəbuletmə mərkəzlərinə çatdırdıq. Və bu, səmərəli ekspert diplomatiyasının nümunəsidir, çünki o, sülhün bərqərar olmasına və Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində hərəkətə xidmət edir", deyə Korotçenko müsahibəsində bildirib.
Onun sözlərinə görə, 2023-cü il Ermənistan-Azərbaycan nizamlanmasında dönüş nöqtəsi olacaq:

"Çünki üçtərəfli bəyanatın imzalanmasından ötən iki il ərzində Ermənistan heç bir iş görməyib. Üstəlik, bu il o, Qərbin köməyi ilə üçtərəfli bəyanata yenidən nəzərdən keçirməyə çalışdı. Amma buna müvəffəq ola bilmir. 2023-cü ildə əvvəlki iki ildə edilməmiş hər şey edilməlidir. 2023-cü ildə biz Rusiyada Bakı ilə Yerevan arasında İlham Əliyev tərəfindən formalaşdırılmış beş prinsip əsasında sülh müqaviləsinin imzalanacağını gözləyirik. Bu prinsiplər beynəlxalq hüquq normalarına və BMT Nizamnaməsinə tam uyğundur. Cənubi Qafqaz regionuna sabitliyin gəlməsinin əsas şərti sülh müqaviləsinin imzalanmasıdır".

Zəngəzur nəqliyyat dəhlizinin işə salınmasına toxunan analitik "erməni lobbiçilərinin qışqırmasından asılı olmayaraq, Rusiya bu layihənin işə salınmasında şübhəsiz ki, maraqlı olduğunu" dilə gətirib.
"Həmişə təqdim etmək istədikləri kimi, bunda maraqlı olan Türkiyə deyil, Rusiyadır. Xüsusən də bizim Qərbdən blokadaya salındığımız şəraitdə. Rusiya 2023-cü ildə lazım olan hər şeyi etməli, o cümlədən Ermənistana siyasi və iqtisadi təsir tədbirləri görməlidir ki, dəhliz işə düşsün".
Korotçenko həmçinin Ermənistanın üzərinə götürdüyü bütün öhdəliklər tam şəkildə yerinə yetirilməli olduğunu qeyd edib:
"Azərbaycanın Qarabağ bölgəsindən qanunsuz silahlı erməni birləşmələrini çıxarmaq lazımdır".
Onun sözlərinə görə, 2023-cü il üçün ekspert icmasının vəzifələrindən biri də Azərbaycan tərəfinin rəhbərliyi altında regionun necə qayıdacağı ilə bağlı dəqiq “yol xəritəsi” hazırlamaqdır.
"Bəs sonra - Qarabağ ermənilərinin Azərbaycan vətəndaşlığını alması üçün hazırlıqlar necə aparılacaq? Əgər Ermənistan bu il olduğu kimi danışıqları, razılaşmaların həyata keçirilməsini əngəlləməkdə davam etsə, bunun üçün Qərb tərəfdaşlarını cəlb etsə, sonda bütün cəhdləri ilə belə davranış modelindən heç bir bonus almayacaq. Üstəlik, silahlı təxribatlar indiyə kimi başa çatdığı kimi - Azərbaycanın cavabı ilə sona çatacaq. Ekspertlər Moskva və Bakının səylərinin siyasi birləşməsi öz müsbət nəticələrini verməlidir. Baxmayaraq ki, proses asan olmayacaq. Erməni lobbisinin təsir problemini də həll etmək lazım gələcək".
Politoloq Azərbaycan Prezidentinin nüfuzundan danışıb.
Onun sözlərinə görə, "İlham Əliyevin siyasi reputasiyası elədir ki, o nəsə desə, elə də edəcək".
"Bunu Moskvada hamı yaxşı bilir - həm Azərbaycanın dostları, həm də əleyhdarları. Müasir beynəlxalq münasibətlərdə siyasətçi üçün bu xüsusiyyət çox nadir və vacibdir. Qərbin tətbiq etdiyi iqtisadi sanksiyalar fonunda Azərbaycan da özünü etibarlı dost və effektiv tərəfdaş kimi göstərir. Bizim münasibətlərimizin dəyəri bundadır", - deyə Korotçenko bildirib.
Xəbər lenti
0