Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Emin Ağalarovun Bakıda növbəti konserti baş tutacaq

© Photo : courtesy of Emin Agalarov Emin Ağalarov
 Emin Ağalarov - Sputnik Azərbaycan, 1920, 07.12.2022
Abunə olmaq
Heydər Əliyev Sarayında Azərbaycanın Xalq artisti Emin Ağalarov ənənəvi qış konsertini təqdim edəcək. Konsertdə müğənni sevilən lirik kompozisiyaları və rəqs nömrələrindən ibarət hitləri ilə tamaşaçıların qarşısına çıxacaq
BAKI, 7 dekabr — Sputnik. Dekabrın 15-16-da Heydər Əliyev Sarayında Azərbaycanın xalq artisti Emin Ağalarov ənənəvi qış konsertini təqdim edəcək. Bu barədə məşhur müğənni özünün sosial media hesabında məlumat verib.
Bu yaxınlarda Özbəkistanın paytaxtı Daşkənddə konsert verən Ağalarov bildirib ki, dekabrın 11-də Moskvada, dekabrın 15-16-da isə Bakıdakı Heydər Əliyev Sarayında sevənlərinin qarşısına çıxacaq.
Konsertdə müğənni sevilən lirik kompozisiyaları və rəqs nömrələrindən ibarət hitləri ilə tamaşaçıların qarşısına çıxacaq.
Qeyd edək ki, musiqidə özünəməxsus dəst-xətti olan Emin dünyaşöhrətli Frenk Sinatra, Elvis Presli və özünün müəllimi saydığı Müslüm Maqomayev kimi musiqi sənətinin dühalarından ilhamlanaraq bu sənətə gəlib. 2006-cı ildə onun "Still" adlı ingiliscə ilk albomu çıxıb və albomla eyni adı daşıyan mahnı hitə çevrilib. Bu albomda, həmçinin onun öz bəstələri də yer alıb. Daha sonra Eminin 2007-ci ildə "Incredible" adlı albomu işıq üzü görüb və albomdakı "Don't cry" mahnısı sevilən mahnılar sırasında yer alaraq film musiqisi kimi də tanınıb. Daha sonra isə o, dünya musiqi sənətinin əfsanələrindən olan E.Presli və F.Sinatranın mahnılarından ibarət "Obsession", həmçinin "Devotion" albomlarını buraxıb.
Xəbər lenti
0