https://sputnik.az/20221207/bu-yola-daxil-olmaq-qadagan-edildi---suruculer-cerimelenecek-449376334.html
Bu yola daxil olmaq qadağan edildi - Sürücülər cərimələnəcək
Bu yola daxil olmaq qadağan edildi - Sürücülər cərimələnəcək
Sputnik Azərbaycan
Dekabrın 11-dən fərdi minik avtomobillərinin qeyd olunan dəhliz boyunca xüsusi zolaqlara daxil olması və hərəkəti qadağan edilir. 07.12.2022, Sputnik Azərbaycan
2022-12-07T16:01+0400
2022-12-07T16:01+0400
2022-12-07T16:01+0400
sürücü
paytaxt xəbərləri
marşrut xətti
qadağa
bakı
https://cdnn1.img.sputnik.az/img/07e5/01/1d/426091849_139:0:1890:985_1920x0_80_0_0_dc75058a951b2c50e7dfad29a0d8b94a.jpg
BAKI, 7 dekabr — Sputnik. Bakı Nəqliyyat Agentliyi (BNA) 7A marşrut xəttinin hərəkət etdiyi dəhliz üzrə (Gəncə prospekti – Məhəmməd Hadi küçəsi – Qara Qarayev prospekti – Ziya Bünyadov prospekti - Moskva prospekti - Bakı Beynəlxalq Avtovağzal Kompleksi) avtobus zolağının tətbiqinə başlayıb. Bu barədə Agentliyin fərdi nəqliyyat vasitəsi sürücülərinə və avtomobil sahiblərinə müraciətində bildirilir.Qurum bəyan edib ki, artıq ərazidə zəruri infrastruktur işləri yekunlaşıb. Dekabrın 11-dən fərdi minik avtomobillərinin qeyd olunan dəhliz boyunca xüsusi zolaqlara daxil olması və hərəkəti qadağan edilir.Bu zolaqlarda ictimai nəqliyyatın sərbəst hərəkətinə maneçilik törədən digər nəqliyyat vasitələri sürücülərinə qarşı İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndinə əsasən cərimə tədbirləri tətbiq ediləcək.Qeyd edək ki, Bakıda avtobus zolağına təyinatı üzrə daxil olmayan digər nəqliyyat vasitələri İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq 40 manat məbləğində cərimə oluna bilərlər. Ötən il avtobus zolağına daxil olduğu üçün 40 min sürücü cərimələnib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/1d/426091849_358:0:1671:985_1920x0_80_0_0_9061c03e27432449121762e39cbd9ef9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
sürücü, marşrut xətti, qadağa, bakı
sürücü, marşrut xətti, qadağa, bakı
Bu yola daxil olmaq qadağan edildi - Sürücülər cərimələnəcək
Dekabrın 11-dən fərdi minik avtomobillərinin qeyd olunan dəhliz boyunca xüsusi zolaqlara daxil olması və hərəkəti qadağan edilir.
BAKI, 7 dekabr — Sputnik. Bakı Nəqliyyat Agentliyi (BNA) 7A marşrut xəttinin hərəkət etdiyi dəhliz üzrə (Gəncə prospekti – Məhəmməd Hadi küçəsi – Qara Qarayev prospekti – Ziya Bünyadov prospekti - Moskva prospekti - Bakı Beynəlxalq Avtovağzal Kompleksi) avtobus zolağının tətbiqinə başlayıb. Bu barədə Agentliyin fərdi nəqliyyat vasitəsi sürücülərinə və avtomobil sahiblərinə müraciətində bildirilir.
Qurum bəyan edib ki, artıq ərazidə zəruri infrastruktur işləri yekunlaşıb. Dekabrın 11-dən fərdi minik avtomobillərinin qeyd olunan dəhliz boyunca xüsusi zolaqlara daxil olması və hərəkəti qadağan edilir.
Bu zolaqlarda ictimai nəqliyyatın sərbəst hərəkətinə maneçilik törədən digər nəqliyyat vasitələri sürücülərinə qarşı İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndinə əsasən cərimə tədbirləri tətbiq ediləcək.
"Bir daha sürücüləri və avtomobil sahiblərini paytaxtın əsas ictimai nəqliyyat dəhlizləri hesab edilən küçə və prospektlərdə tətbiq edilən xüsusi zolaqların tələbinə anlayışla yanaşmağa dəvət edirik. Bu zolaqları təşkil etməkdə məqsəd, müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət cədvəllərində stabilliyi təmin etmək, əhalinin ictimai nəqliyyatdan istifadəyə marağını artırmaqla keyfiyyətli sərnişindaşınma xidməti göstərməkdir. Zolaqların təşkili ilə həmçinin ümumi istifadədə olan nəqliyyat vasitələri ilə yanaşı, operativ nəqliyyat vasitələrinin də həmin zolaqlarla maneəsiz hərəkəti təmin olunacaq ki, bu da həyati vacib sahələrə müsbət təsir göstərəcək", - deyə müraciətdə qeyd olunub.
Qeyd edək ki, Bakıda avtobus zolağına təyinatı üzrə daxil olmayan digər nəqliyyat vasitələri İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq 40 manat məbləğində cərimə oluna bilərlər. Ötən il avtobus zolağına daxil olduğu üçün 40 min sürücü cərimələnib.