Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Beynəlxalq İnsan Haqları Doktrinası Qərbə bəraət qazandırmaq üçün istifadə olunur - Putin

© Sputnik / POOL / Mediabanka keçidRusiya Prezidenti Vladimir Putin, arxiv şəkli
Rusiya Prezidenti Vladimir Putin, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 07.12.2022
Abunə olmaq
Rusiya prezidenti Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Hüquqları Şurasının üzvləri ilə görüşündə çıxış edib.
BAKI, 7 dekabr - Sputnik. Beynəlxalq insan haqları doktrinası Qərbin ideoloji hökmranlığına haqq qazandırmaq üçün istifadə olunur. Bunu Rusiya prezidenti Vladimir Putin deyib.

“Xüsusən də görürük ki, insan haqları doktrinası dövlətin suverenliyini məhv etmək, Qərbin siyasi, maliyyə, iqtisadi və ideoloji hökmranlığına haqq qazandırmaq üçün istifadə olunur”, - deyə Putin Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Haqları Şurasının üzvləri ilə görüşdə deyib.

O, Qərb hüquq müdafiə təşkilatlarının insan hüquqlarının müdafiəsi aləti kimi deyil, digər ölkələrə təsir aləti kimi yaradıldığını, postsovet ölkələri istiqamətində bu işlə peşəkarcasına məşğul olduqlarını vurğulayıb.
“Nəhayət, buna əmin olduq ki, bu hüquq müdafiə təşkilatları, Qərb hüquq müdafiə təşkilatları insan hüquqları uğrunda mübarizə aləti kimi deyil, ilk növbədə, Rusiyanın, bütün, keçmiş Sovet İttifaqının digər ölkələrinin daxili siyasətinə təsir aləti kimi yaradılıb. Bəli, Qərbdə təbii ki, müxtəlif hüquq müdafiə təşkilatları var, lakin onlar əsasən bu məqsədlər üçün yaradılıblar”, - deyə Putin bildirib.
“Və bitərəf görünmək üçün vaxtaşırı öz ölkələrində insan haqları ilə bağlı məsələləri qeyd etdilər, lakin bu, daha çox istisnadır. Onlar əsasən rus və postsovet trasında peşəkar işlə məşğul olublar. Bunun üçün yaradılıblar, bu artıq bəlli idi”, - deyə RF dövlət başçısı əlavə edib.
Onun sözlərinə görə, beynəlxalq təşkilatlar Rusiyaya qarşı qərəzli mövqe nümayiş etdirirlər, onlar öz tapşırıqlarını yerinə yetirə bilmirlər:
"Bununla bağlı Rusiya Federasiyası onlarla əməkdaşlıqdan imtina etməyə məcbur olub".
Xəbər lenti
0