https://sputnik.az/20221207/avropa-hele-de-oz-maraqlarini-qoruya-bilmir---lavrov-449379329.html
Avropa hələ də öz maraqlarını qoruya bilmir - Lavrov
Avropa hələ də öz maraqlarını qoruya bilmir - Lavrov
Sputnik Azərbaycan
Rusiya XİN rəhbəri bildirib ki, Avropanın ABŞ-ın maraqları ilə üst-üstə düşməyən maraqlarının olması göz qabağındadır 07.12.2022, Sputnik Azərbaycan
2022-12-07T21:55+0400
2022-12-07T21:55+0400
2022-12-07T21:55+0400
lavrov
rusiya
qərb
bmt
https://cdnn1.img.sputnik.az/img/07e6/09/18/446658282_0:159:3077:1890_1920x0_80_0_0_b0df6fcc707e482399569b8473532730.jpg
BAKI, 7 dekabr — Sputnik. Avropa hələ də öz maraqlarını qoruya bilmir, Fransa Prezidenti Emmanuel Makronun ABŞ-a səfərinin nəticələri bunu təsdiqləyir. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib."Avropanın ABŞ-ın maraqları ilə üst-üstə düşməyən maraqlarının olması göz qabağındadır. Avropanın bu maraqları qoruya bilməməsi, mənim fikrimcə, həm də tibbi faktdır", - o, beynəlxalq forumda çıxışı zamanı deyib."Ən azı, Makronun Vaşinqtona səfərinin nəticələri və ya olmaması mənim bu fikrimi gücləndirir", - nazir əlavə edib.Makron noyabrın 29-dan dekabrın 2-dək ABŞ-da rəsmi səfərdə olub. Səfər zamanı o, ABŞ lideri Co Bayden ilə danışıqlar aparıb, tərəflər Ukraynadakı vəziyyəti, iqtisadiyyat, enerji və kosmik əməkdaşlıq məsələlərini müzakirə ediblər.Sergey Lavrov bildirib ki, Rusiya Yaxın Şərq "dördlüyü" (Rusiya, ABŞ, BMT, Aİ) çərçivəsində işləməyə hazırdır, lakin ABŞ bundan uzaqlaşır:Lavrov vurğulayıb ki, ABŞ bunu təkbaşına və nizamlanma prinsiplərindən əsaslı şəkildə fərqli olacaq əsasda etmək istəyir."Onlar BMT Təhlükəsizlik Şurasının təsdiq etdiyi bu prinsipləri əvəz etməyə çalışırlar", - rusiyalı nazir əlavə edib.Yaxın Şərq dördlüyü Ərəb-İsrail münaqişəsinin sülh yolu ilə həlli üçün səyləri birləşdirmək məqsədilə Aİ, Rusiya, ABŞ və BMT-nin iştirakı ilə yaradılmış qrupdur.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/18/446658282_173:0:2904:2048_1920x0_80_0_0_3999841dc8dee41dd7cb2bd320143bb9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
lavrov, qərb, bmt
Avropa hələ də öz maraqlarını qoruya bilmir - Lavrov
Rusiya XİN rəhbəri bildirib ki, Avropanın ABŞ-ın maraqları ilə üst-üstə düşməyən maraqlarının olması göz qabağındadır
BAKI, 7 dekabr — Sputnik. Avropa hələ də öz maraqlarını qoruya bilmir, Fransa Prezidenti Emmanuel Makronun ABŞ-a səfərinin nəticələri bunu təsdiqləyir. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
"Avropanın ABŞ-ın maraqları ilə üst-üstə düşməyən maraqlarının olması göz qabağındadır. Avropanın bu maraqları qoruya bilməməsi, mənim fikrimcə, həm də tibbi faktdır", - o, beynəlxalq forumda çıxışı zamanı deyib.
"Ən azı, Makronun Vaşinqtona səfərinin nəticələri və ya olmaması mənim bu fikrimi gücləndirir", - nazir əlavə edib.
Makron noyabrın 29-dan dekabrın 2-dək ABŞ-da rəsmi səfərdə olub. Səfər zamanı o, ABŞ lideri Co Bayden ilə danışıqlar aparıb, tərəflər Ukraynadakı vəziyyəti, iqtisadiyyat, enerji və kosmik əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Sergey Lavrov bildirib ki, Rusiya Yaxın Şərq "dördlüyü" (Rusiya, ABŞ, BMT, Aİ) çərçivəsində işləməyə hazırdır, lakin ABŞ bundan uzaqlaşır:
"Biz hələ də Yaxın Şərqdə Qərblə işləməyə hazırıq, Fələstin-İsrail nizamlanmasında BMT Təhlükəsizlik Şurasının yeganə qanuni vasitəçi kimi təsdiqi ilə məşğul olan Rusiya-ABŞ-Aİ-BMT dördlüyünü dondurmamışıq".
Lavrov vurğulayıb ki, ABŞ bunu təkbaşına və nizamlanma prinsiplərindən əsaslı şəkildə fərqli olacaq əsasda etmək istəyir.
"Onlar BMT Təhlükəsizlik Şurasının təsdiq etdiyi bu prinsipləri əvəz etməyə çalışırlar", - rusiyalı nazir əlavə edib.
Yaxın Şərq dördlüyü Ərəb-İsrail münaqişəsinin sülh yolu ilə həlli üçün səyləri birləşdirmək məqsədilə Aİ, Rusiya, ABŞ və BMT-nin iştirakı ilə yaradılmış qrupdur.