https://sputnik.az/20221206/nyt-rusiya-qerbin-sanksiyalari-fonunda-qanadli-raketler-istehsal-etmeye-davam-edir-449325131.html
NYT: Rusiya Qərbin sanksiyaları fonunda qanadlı raketlər istehsal etməyə davam edir
NYT: Rusiya Qərbin sanksiyaları fonunda qanadlı raketlər istehsal etməyə davam edir
Sputnik Azərbaycan
Eyni zamanda, ABŞ Müdafiə Nazirliyi bildirir ki, 2022-ci ilin fevralından bəri Rusiya xeyli sayda uzaqmənzilli raketlər atıb, lakin Rusiya ordusunun... 06.12.2022, Sputnik Azərbaycan
2022-12-06T15:22+0400
2022-12-06T15:22+0400
2022-12-06T15:33+0400
rusiya
qanadlı raket
istehsal
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/0a/447265479_394:638:2901:2048_1920x0_80_0_0_2243282e9cb76d8ece488133568f8435.jpg
BAKI, 6 dekabr — Sputnik. ABŞ-ın "The New York Times" qəzetinin köşə yazarı Con İsmey iddia edir ki, Rusiya Qərbin ona qarşı tətbiq etdiyi sanksiyalara baxmayaraq, qanadlı raketlər istehsal etməyə davam edir.Jurnalist Kiyevdəki hərbi mənbələrə istinadən yazır ki, Ukraynanın kritik infrastrukturunu zədələyən X-101 raketlərindən ən azı biri 2022-ci ilin oktyabrından gec olmayaraq yaradılıb. Bununla belə, Rusiyaya yarımkeçiricilər və digər elektron komponentlərin idxalı qadağan edilib.İsmey hesab edir ki, Rusiya elektronikanın tədarükü üçün ya alternativ kanallar yaradıb, ya da Ukraynada xüsusi hərbi əməliyyat başlayana qədər əhəmiyyətli ehtiyatlara malik olub.Eyni zamanda, ABŞ Müdafiə Nazirliyi bildirir ki, 2022-ci ilin fevralından bəri Rusiya xeyli sayda uzaqmənzilli raketlər atıb, lakin Rusiya ordusunun arsenalında nə qədər silahın olduğu bəlli deyil. Eyni zamanda, Pentaqon vurğulayıb ki, qlobal təcrübəyə əsasən, əvvəlcə anbarlarda saxlanılan köhnə sursatlar döyüş meydanında istifadə olunur, daha sonra isə yeniləri.Bundan əvvəl Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın infrastruktura hücumlara görə Ukraynaya daha çox silah verilməsi üçün çağırış etdiyi bildirilirdi.Ukraynada nə baş verir?Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.Ağ Ev hesab edir ki, Moskva ilə danışıqlara başlamaq barədə Kiyev özü qərar verməlidir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/0a/447265479_396:0:3127:2048_1920x0_80_0_0_0bd157fd79427585fa66d22c550c9df5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
qanadlı raket, istehsal
NYT: Rusiya Qərbin sanksiyaları fonunda qanadlı raketlər istehsal etməyə davam edir
15:22 06.12.2022 (Yenilənib: 15:33 06.12.2022) Eyni zamanda, ABŞ Müdafiə Nazirliyi bildirir ki, 2022-ci ilin fevralından bəri Rusiya xeyli sayda uzaqmənzilli raketlər atıb, lakin Rusiya ordusunun arsenalında nə qədər silahın olduğu bəlli deyil.
BAKI, 6 dekabr — Sputnik. ABŞ-ın "The New York Times" qəzetinin köşə yazarı Con İsmey iddia edir ki, Rusiya Qərbin ona qarşı tətbiq etdiyi sanksiyalara baxmayaraq, qanadlı raketlər istehsal etməyə davam edir.
Jurnalist Kiyevdəki hərbi mənbələrə istinadən yazır ki, Ukraynanın kritik infrastrukturunu zədələyən X-101 raketlərindən ən azı biri 2022-ci ilin oktyabrından gec olmayaraq yaradılıb. Bununla belə, Rusiyaya yarımkeçiricilər və digər elektron komponentlərin idxalı qadağan edilib.
İsmey hesab edir ki, Rusiya elektronikanın tədarükü üçün ya alternativ kanallar yaradıb, ya da Ukraynada xüsusi hərbi əməliyyat başlayana qədər əhəmiyyətli ehtiyatlara malik olub.
Eyni zamanda, ABŞ Müdafiə Nazirliyi bildirir ki, 2022-ci ilin fevralından bəri Rusiya xeyli sayda uzaqmənzilli raketlər atıb, lakin Rusiya ordusunun arsenalında nə qədər silahın olduğu bəlli deyil. Eyni zamanda, Pentaqon vurğulayıb ki, qlobal təcrübəyə əsasən, əvvəlcə anbarlarda saxlanılan köhnə sursatlar döyüş meydanında istifadə olunur, daha sonra isə yeniləri.
Bundan əvvəl Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın infrastruktura hücumlara görə Ukraynaya daha çox silah verilməsi üçün çağırış etdiyi bildirilirdi.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb.
Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Bunun üçün, onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Əməliyyatın keçirilməsi qərarı ABŞ və müttəfiqlərinin Rusiyaya qarşı yeni sanksiyalarının səbəbi olub.
Ağ Ev hesab edir ki, Moskva ilə danışıqlara başlamaq barədə Kiyev özü qərar verməlidir.