Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

BNA qırx doqquz küçə və prospektdə xüsusi avtobus zolaqlarının çəkilməsini təklif edir

© Baku Transport AgencyСпецполоса для автобусов в Баку
Спецполоса для автобусов в Баку - Sputnik Azərbaycan, 1920, 06.12.2022
Abunə olmaq
Müşahidə olunan problemlər pik və qeyri-pik saatları, iş və qeyri-iş günlərində yol hərəkətində fərq anlamının silinməsinə gətirib çıxarıb
BAKI, 6 dekabr — Sputnik. Son aylarda yollarda müşahidə olunan tıxac, sıxlıq və avtobusların gecikməsi müvafiq tədbirlərin həyata keçirilməsini daha da aktuallaşdırır. İctimai nəqliyyatda xidmət keyfiyyətlərinin artırılması məqsədilə Bakı Nəqliyyat Agentliyi (BNA) 49 küçə və prospektdə xüsusi zolaqların təşkilini təklif edib.
Bu sözləri BNA-nın mətbuat katibi Mais Ağayev deyib.
O bildirib ki, müşahidə olunan problemlər pik və qeyri-pik saatları, iş və qeyri-iş günlərində yol hərəkətində fərq anlamının silinməsinə gətirib çıxarıb: "49 küçə və prospektin hər biri şəhərin vacib ictimai nəqliyyat dəhlizi hesab olunur. Artıq 17 küçə və prospektdə zolaqlar təşkil edilib. Lakin xüsusi zolaqların şəbəkə halında hələ də formalaşmaması, eyni zamanda, onun tələbinə ciddi riayət olunmaması hədəflənən nəticəni əldə etməyə imkan vermir".
Xəbər lenti
0