Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Ukrayna sutkada 225 hərbçi və muzdlu, həmçinin iki təyyarəsini itirib - Rusiya MN

© AP Photo / Leo CorreaUkrayna hərbçiləri
Ukrayna hərbçiləri - Sputnik Azərbaycan, 1920, 05.12.2022
Abunə olmaq
Rusiya Silahlı Qüvvələri Kupyansk istiqamətində Ukraynanın Xarkov vilayətinin Tabayevka rayonunda rota taktiki qrupunun yerləşdiyi yerə zərbələr endirib.
BAKI, 5 dekabr — Sputnik. Xüsusi əməliyyat başlayandan indiyədək 340-a yaxın təyyarə, 180 helikopter, 2600-dən çox PUA, 390-a yaxın zenit-raket kompleksi, 7000-dək tank və digər zirehli döyüş texnikası məhv edilib.
Rusiya ordusu Xarkov vilayətində Ukrayna Silahlı Qüvvələrinin (USQ) taktiki qrupuna zərbə endirib, 65 ukraynalı hərbçi həlak olub. Bu barədə Rusiya Müdafiə Nazirliyi bildirib.
Nazirliyin məlumatına görə, Rusiya Silahlı Qüvvələri Kupyansk istiqamətində Ukraynanın Xarkov vilayətinin Tabayevka rayonunda rota taktiki qrupunun yerləşdiyi yerə zərbələr endirib.
"65 Ukrayna hərbçisi, iki piyada döyüş maşını və iki pikap məhv edilib", - Müdafiə Nazirliyindən bildirilib.
Krasnoliman istiqamətində hücum cəhdinin pozulması
Rusiya Silahlı Qüvvələri iki rotalı taktiki qrupun Krasnoliman istiqamətində "LXR"nin Çervonopopovka və Jitlovka istiqamətində hücum etmək cəhdinin qarşısını alıb. Rayqorodka rayonunda iki ukraynalı təxribat-kəşfiyyat qrupu məhv edilib.
"Düşmənin bu istiqamətdə sutkada itkisi 60-dan çox ukraynalı hərbçinin həlak olması və yaralanması, üç piyada döyüş maşını, bir zirehli avtomobil və dörd pikapın məhv edilməsi olub", - deyə nazirlikdən bildirilib.
Cənubi Donetsk istiqaməti
USQ-nin Cənubi Donetsk istiqamətindəki bölmələri "DXR"nın Nikolskoye yaşayış məntəqəsi istiqamətində uğursuz əks-hücum cəhdi edib.
"Atəş zərbəsi nəticəsində düşmən öz əvvəlki mövqelərinə qaytarılıb. 30-a qədər ukraynalı hərbçi, iki piyada döyüş maşını və üç pikap məhv edilib", - Müdafiə Nazirliyindən bildirilib.
Donetsk istiqaməti
RF Silahlı Qüvvələri Donetsk istiqamətində uğurlu hücumunu davam etdirir.
"Rusiya bölmələrinin Donetsk istiqamətində uğurlu hücum əməliyyatları davam edir. Gün ərzində 70-dən çox ukraynalı hərbçi, iki tank, dörd zirehli döyüş maşını və dörd pikap məhv edilib", - deyə Müdafiə Nazirliyi bildirib.
Rusiya hərbçiləri sutkada "DXR"nın Kramatorsk və Dibrov vilayətlərində xarici muzdluların müvəqqəti yerləşdirilmə məntəqələrini də vura biliblər.
İdarəetmə nöqtələri və anbar
Rusiya qoşunları Zaporojye vilayətində Ukraynaya məxsus silah-sursat anbarını məhv edib.
Bundan əlavə, əməliyyat-taktiki və ordu aviasiyası, raket qoşunları və artilleriya qüvvələri Xarkov vilayətində və "DXR"də 7 idarəetmə məntəqəsini, həmçinin 193 rayonda atəş mövqelərində 72 artilleriya bölməsini, canlı qüvvə və hərbi texnikanı darmadağın edib.
Əks-batareya mübarizəsi
Rusiya qoşunları "DXR"də bir gündə ABŞ-ın istehsalı olan Ukraynaya məxsus AN/TPQ-37 əks-batareya radiolokasiya stansiyasını məhv edib.
Rusiya Müdafiə Nazirliyi qeyd edib ki, Ray-Aleksandrovka (DXR) yaşayış məntəqəsi ərazisində "Ukraynanın S-300 zenit-raket kompleksinin radiolokasiya stansiyası darmadağın edilib.
Rusiya Aerokosmik Qüvvələrinin və Hava Hücumundan Müdafiənin fəaliyyəti
Rusiya Aerokosmik Qüvvələrinin qırıcıları sutkada Yuryevka yaşayış məntəqəsi ərazisində və "DXR"nın Zverevo rayonunda havada iki Ukraynanın Su-25 və MiQ-29 təyyarəsini vurublar.
Rusiya Müdafiə Nazirliyi əlavə edib ki, Rusiya hava hücumundan müdafiə qüvvələri eyni zamanda Ukraynaya məxsus iki Mi-8 helikopteri, 10 PUA və iki HIMARS RYAS mərmisini məhv edib.
Əməliyyat başlayandan bu günə kimi
Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan bu günə kimi 339 təyyarə, 180 helikopter, 2628 PUA, 391 zenit-raket kompleksi, 6996 tank və digər zirehli döyüş texnikası, 910 reaktiv yaylım atəşi sistemi, 3657 səhra artilleriya qurğusu və minaatan, o cümlədən 7 477 ədəd xüsusi xüsusi hərbi avtomobillər məhv edilib.
Xəbər lenti
0