https://sputnik.az/20221205/rusiya-azerbaycanin-aparici-ticaret-terefdaslarindan-biridir---lavrov-449301099.html
Rusiya Azərbaycanın aparıcı ticarət tərəfdaşlarından biridir - Lavrov
Rusiya Azərbaycanın aparıcı ticarət tərəfdaşlarından biridir - Lavrov
Sputnik Azərbaycan
Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri azərbaycanlı həmkarı ilə bugünkü görüşü müsbət qiymətləndirib və qeyd edib ki, bu, ikitərəfli münasibətlərin... 05.12.2022, Sputnik Azərbaycan
2022-12-05T15:35+0400
2022-12-05T15:35+0400
2022-12-05T15:35+0400
rusiya
sergey lavrov
ceyhun bayramov
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/05/449298921_0:193:2955:1855_1920x0_80_0_0_f4cf826b5b2f3fa08703094004672507.jpg
BAKI, 5 dekabr - Sputnik. Rusiya Azərbaycanın aparıcı ticarət tərəfdaşlarından biridir, bu il iki ölkə arasında ticarətin həcmində rekord artım gözlənilir. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşündən sonra keçirilən mətbuat konfransında deyib.Onun sözlərinə görə, Azərbaycan ilə Rusiya arasında münasibətlər mütərəqqi inkişaf etməkdə davam edir.Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri С.Bayramovla bugünkü görüşü müsbət qiymətləndirib.O qeyd edib ki, ikitərəfli münasibətlərin inkişafına digər məsələlərlə yanaşı, ən yüksək səviyyədə olan münasibətlər də təsir göstərir.Belə ki, onun sözlərinə görə, bu il Azərbaycan və Rusiya prezidentləri altı dəfə görüşüblər.Rusiyanın xarici işlər naziri onu da qeyd edib ki, bu ilin mühüm hadisəsi fevral ayında Rusiya ilə Azərbaycan arasında müttəfiqlik əməkdaşlığı haqqında bəyannamənin imzalanması olub.Sergey Lavrov əlavə edib ki, saziş tarixidir və “gələcək əməkdaşlığımızın vektorunu müəyyən edir”.Xarici işlər orqanları rəhbərlərinin görüşündə Azərbaycan və Rusiya Xarici İşlər Nazirlikləri arasında 2023-2024-cü illər üçün Məsləhətləşmələr Planı imzalanıb, Azərbaycanla Rusiya arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyinə həsr olunmuş poçt markalarının ləğvi mərasimi keçirilib.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/05/449298921_113:0:2842:2047_1920x0_80_0_0_a3cd3c4f8b03501bf47985113741b97a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sergey lavrov, ceyhun bayramov, azərbaycan
sergey lavrov, ceyhun bayramov, azərbaycan
Rusiya Azərbaycanın aparıcı ticarət tərəfdaşlarından biridir - Lavrov
Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri azərbaycanlı həmkarı ilə bugünkü görüşü müsbət qiymətləndirib və qeyd edib ki, bu, ikitərəfli münasibətlərin inkişafına, o cümlədən ən yüksək səviyyədə olan münasibətlər təsir edir.
BAKI, 5 dekabr - Sputnik. Rusiya Azərbaycanın aparıcı ticarət tərəfdaşlarından biridir, bu il iki ölkə arasında ticarətin həcmində rekord artım gözlənilir. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Azərbaycan ilə Rusiya arasında münasibətlər mütərəqqi inkişaf etməkdə davam edir.
Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri С.Bayramovla bugünkü görüşü müsbət qiymətləndirib.
O qeyd edib ki, ikitərəfli münasibətlərin inkişafına digər məsələlərlə yanaşı, ən yüksək səviyyədə olan münasibətlər də təsir göstərir.
Belə ki, onun sözlərinə görə, bu il Azərbaycan və Rusiya prezidentləri altı dəfə görüşüblər.
Rusiyanın xarici işlər naziri onu da qeyd edib ki, bu ilin mühüm hadisəsi fevral ayında Rusiya ilə Azərbaycan arasında müttəfiqlik əməkdaşlığı haqqında bəyannamənin imzalanması olub.
Sergey Lavrov əlavə edib ki, saziş tarixidir və “gələcək əməkdaşlığımızın vektorunu müəyyən edir”.
Xarici işlər orqanları rəhbərlərinin görüşündə Azərbaycan və Rusiya Xarici İşlər Nazirlikləri arasında 2023-2024-cü illər üçün Məsləhətləşmələr Planı imzalanıb, Azərbaycanla Rusiya arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyinə həsr olunmuş poçt markalarının ləğvi mərasimi keçirilib.