Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"Mən vura bilirəm" - Yemelyanenko nə üçün küçədə heç vaxt dava etmədiyini izah edib

© Sputnik / Vladimir Astapkovich / Mediabanka keçidRusiyalı döyüşçü Alexander Yemelyanenko rinqdə, arxiv şəkli
Rusiyalı döyüşçü Alexander Yemelyanenko rinqdə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 05.12.2022
Abunə olmaq
Məşhur döyüşçü küçədə baş verə biləcək qəfil davaların iki mümkün nəticəsini dilə gətirib.
BAKI, 5 dekabr - Sputnik. Görkəmli rusiyalı MMA döyüşçüsü Aleksandr Emelianenko etiraf edib ki, heç vaxt yoldan keçənlərlə davaya girişmir və onların təxribatlarına uymur. Bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
Beləliklə, MMA ulduzu rinq və "səkkizbucaq"dan kənarda təsadüfi davadan çəkindiyini etiraf edib.
İdman əfsanəsi əmindir ki, belə qəfil davanın iki nəticəsi var: ya o, yad adama yumruqları ilə ağır xəsarətlər yetirəcək, ya da özü şikəst olacaq.
“Küçədə dava-dalaşdan qaçıram. Birincisi, çünki mən vura bilirəm. Mən bir insana çox ağır xəsarət yetirə bilərəm. İkincisi, indi belə insanlar peyda olub ki, ondan heç nə gözləmirsən... baxırsan ki, yeriyir, amma qolunda bıçaq gozlədib. Bir az diqqətin yayındısa, səni bıçaqladı və qaçdı. Bəs o kimdir? Onu kim axtaracaq? Nə o səni tanımır, nə sən onu tanımırsan. Heç nə ayırd etmədiniz, amma o, sənin canını aldı”, - deyə Yemelianenko bildirib.
Xatırladaq ki, dekabrın 16-da Emelianenko məşhur bloqqer-döyüşçü Svyatoslav Kovalenko ilə döyüşəcək.
Xəbər lenti
0