Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

“Formula 1” üçün könüllülərin qeydiyyatına start verilib

© AFP 2023 / NATALIA KOLESNIKOVAГран-при Азербайджана "Формулы-1" 2022 года
Гран-при Азербайджана Формулы-1 2022 года - Sputnik Azərbaycan, 1920, 05.12.2022
Abunə olmaq
Bakı Şəhər Halqasının İnsan Resursları şöbəsinin rəhbəri İranə Əhmədovanın sözlərinə görə, əməliyyat şirkətinin Könüllülər Akademiyası nəinki könüllüləri hazırlayır, həm də onların peşəkar yüksəlişinə töhfə verir.
BAKI, 5 dekabr — Sputnik. Gələn ilin aprelində keçiriləcək Azərbaycan Qran Prisi üçün könüllülərin qeydiyyatına start verilib. Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti yarışın təşkilatçılıq işlərinə ümumilikdə 1500 könüllünün cəlb olunmasını planlaşdırıb.
Proqrama seçilmək istəyən 16 yaşdan yuxarı namizədlərin xarici dil biliyi arzuolunandır. Müraciət edənlərin sayı çox olduğuna görə, seçim zamanı ən yaxşı namizədlərə üstünlük veriləcək. Müsahibə mərhələsindən uğurla keçən hər bir şəxs insan resursları, işçi qüvvəsi, media əməliyyatları, tamaşaçı xidmətləri, şəhər əməliyyatları, ofis əməliyyatları, hava limanı əməliyyatları və digər istiqamətlərdən birinə yönləndiriləcək.
Bakı Şəhər Halqasının İnsan Resursları şöbəsinin rəhbəri İranə Əhmədovanın sözlərinə görə, əməliyyat şirkətinin Könüllülər Akademiyası nəinki könüllüləri hazırlayır, həm də onların peşəkar yüksəlişinə töhfə verir.
"Xüsusən də könüllülərin şəxsi və peşəkar inkişafı üçün müxtəlif istiqamətlərdə treninqlər və seminarlar keçiriləcək. Komanda ruhunu artırmaq üçün də müxtəlif tədbirlər təşkil etməyi planlaşdırırıq. Bütün bunlar könüllülərin bir-biri ilə əlaqələr qurmasına və yeni dostlar qazanmasına kömək edir", - deyə Əhmədova bildirib.
Xatırladaq ki, 2022 "Formula 1" Azərbaycan Qran Prisi 10-12 iyun tarixlərində keçirilib və Red Bull komandasının pilotu Maks Ferstappen qalib olub.
Xəbər lenti
0