https://sputnik.az/20221205/cin-ve-rusiya-enerji-emekdasligini-hormet-ve-menfeet-esasinda-heyata-kecirir---xn-449297044.html
Çin və Rusiya enerji əməkdaşlığını hörmət və mənfəət əsasında həyata keçirir - XİN
Çin və Rusiya enerji əməkdaşlığını hörmət və mənfəət əsasında həyata keçirir - XİN
Sputnik Azərbaycan
Rusiya Baş nazirinin müavini Aleksandr Novak: Rusiya hasilatı azaltmaq məcburiyyətində qalsa da, neftin qiymət həddinin artmasını qəbul etməyəcək. 05.12.2022, Sputnik Azərbaycan
2022-12-05T15:24+0400
2022-12-05T15:24+0400
2022-12-05T15:24+0400
çin
rusiya
rusiya
opec
enerji
əməkdaşlıq
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/16/437477193_0:0:3073:1728_1920x0_80_0_0_ec6570cd1afade1291a5a958e5f774a8.jpg
BAKI, 5 dekabr — Sputnik. Çin və Rusiya enerji sahəsində hər zaman qarşılıqlı hörmət və mənfəət əsasında əməkdaşlıq ediblər. Bunu ÇXR Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ning brifinqdə Pekinin Rusiya neftinin artan qiymətləri ilə bağlı razılaşmaya qoşulmağı nəzərdən keçirib-keçirmədiyi ilə bağlı suala cavabında deyib.Qərb ölkələrinin neft üzrə sanksiyaları dekabrın 5-də qüvvəyə minib: Avropa İttifaqı dəniz yolu ilə nəql edilən Rusiya neftini qəbul etməyi dayandırır, G7 ölkələri, Avstraliya və Aİ onun dəniz daşımalarına bir barel üçün 60 dollar qiymət həddi qoyur."Çin və Rusiya enerji əməkdaşlığını hər zaman qarşılıqlı hörmət, mənfəət və qazanc ruhunda inkişaf etdirib", - deyə diplomat bildirib.İkitərəfli enerji əməkdaşlığına dair konkret məsələlərə gəlincə, onlar səlahiyyətli idarələrlə əlaqə saxlamağı tövsiyə ediblər.Ənənəvi olaraq, Rusiya Avropanın xammala olan tələbatının təxminən 20%-ni ödəməklə Avropanın əsas neft tədarükçüsü olub. Lakin Ukraynadakı xüsusi əməliyyata cavab olaraq Qərb ölkələri sanksiyalar tədbirləri hazırlamağa başladılar ki, bunun da məqsədi başqa şeylərlə yanaşı, Moskvanın neft ixracından əldə etdiyi gəlirlərini məhdudlaşdırmaq idi.“OPEC plus” alyansı məhdudiyyətlərin qüvvəyə minməsi ərəfəsində, dekabrın 4-də iclas keçirib. Mövcud neft hasilatı kvotalarının qorunub saxlanılması qərara alınıb. Rusiya Baş nazirinin müavini Aleksandr Novak qərarı və gözlənilən embarqonu şərh edərkən bildirib ki, Rusiya hasilatı azaltmaq məcburiyyətində qalsa da, neftin qiymət həddinin artmasını qəbul etməyəcək. O əlavə edib ki, bu cür məhdudiyyətlər bazar alətlərinə müdaxilədir, Rusiya yalnız bazar şərtləri ilə fəaliyyət göstərəcək istehlakçılarla işləməyə hazırdır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/16/437477193_158:0:2889:2048_1920x0_80_0_0_ccb4ed6e6b5da6c7ed288433027af4ab.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
çin, rusiya, opec, enerji, əməkdaşlıq
çin, rusiya, opec, enerji, əməkdaşlıq
Çin və Rusiya enerji əməkdaşlığını hörmət və mənfəət əsasında həyata keçirir - XİN
Rusiya Baş nazirinin müavini Aleksandr Novak: Rusiya hasilatı azaltmaq məcburiyyətində qalsa da, neftin qiymət həddinin artmasını qəbul etməyəcək.
BAKI, 5 dekabr — Sputnik. Çin və Rusiya enerji sahəsində hər zaman qarşılıqlı hörmət və mənfəət əsasında əməkdaşlıq ediblər. Bunu ÇXR Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ning brifinqdə Pekinin Rusiya neftinin artan qiymətləri ilə bağlı razılaşmaya qoşulmağı nəzərdən keçirib-keçirmədiyi ilə bağlı suala cavabında deyib.
Qərb ölkələrinin neft üzrə sanksiyaları dekabrın 5-də qüvvəyə minib: Avropa İttifaqı dəniz yolu ilə nəql edilən Rusiya neftini qəbul etməyi dayandırır, G7 ölkələri, Avstraliya və Aİ onun dəniz daşımalarına bir barel üçün 60 dollar qiymət həddi qoyur.
"Çin və Rusiya enerji əməkdaşlığını hər zaman qarşılıqlı hörmət, mənfəət və qazanc ruhunda inkişaf etdirib", - deyə diplomat bildirib.
İkitərəfli enerji əməkdaşlığına dair konkret məsələlərə gəlincə, onlar səlahiyyətli idarələrlə əlaqə saxlamağı tövsiyə ediblər.
Ənənəvi olaraq, Rusiya Avropanın xammala olan tələbatının təxminən 20%-ni ödəməklə Avropanın əsas neft tədarükçüsü olub. Lakin Ukraynadakı xüsusi əməliyyata cavab olaraq Qərb ölkələri sanksiyalar tədbirləri hazırlamağa başladılar ki, bunun da məqsədi başqa şeylərlə yanaşı, Moskvanın neft ixracından əldə etdiyi gəlirlərini məhdudlaşdırmaq idi.
“OPEC plus” alyansı məhdudiyyətlərin qüvvəyə minməsi ərəfəsində, dekabrın 4-də iclas keçirib. Mövcud neft hasilatı kvotalarının qorunub saxlanılması qərara alınıb. Rusiya Baş nazirinin müavini Aleksandr Novak qərarı və gözlənilən embarqonu şərh edərkən bildirib ki, Rusiya hasilatı azaltmaq məcburiyyətində qalsa da, neftin qiymət həddinin artmasını qəbul etməyəcək. O əlavə edib ki, bu cür məhdudiyyətlər bazar alətlərinə müdaxilədir, Rusiya yalnız bazar şərtləri ilə fəaliyyət göstərəcək istehlakçılarla işləməyə hazırdır.