Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Ceyhun Bayramovun Rusiyada işgüzar səfərdədir

© Photo : Press service of the Ministry of Foreign Affairs of the Russian FederationAzərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiyanın xarici işlər naziri Sergey Lavrov
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiyanın xarici işlər naziri Sergey Lavrov - Sputnik Azərbaycan, 1920, 05.12.2022
Abunə olmaq
Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla görüşmək üçün Rusiya Xarici İşlər Nazirliyinin Qəbullar Evinə yollanıb.
BAKI, 5 dekabr — Sputnik. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Rusiyaya işgüzar səfəri başlayıb.
Azərbaycan XİN rəhbəri öncə Aleksandr Bağında "Naməlum əsgər"in məzarı önünə əklil qoyub.
Daha sonra Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla görüşmək üçün Rusiya Xarici İşlər Nazirliyinin Qəbullar Evinə yollanıb.
Qeyd edək ki, bu gün Azərbaycan və Rusiya XİN başçıları arasında ikitərəfli görüş keçiriləcək. Rusiya XİN-in 4 dekabr tarixində C.Bayramovun işgüzar səfəri ilə bağlı yaydığı məlumatda bildirilib ki, XİN başçılarının görüşündə ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivlərinin müzakirəsi, həmçinin regional və beynəlxalq gündəliyin ən aktual aspektləri, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması məsələləri üzrə fikir mübadiləsinin aparılması planlaşdırılır.
Xəbər lenti
0