Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Türkiyə Putinin təklif etdiyi “qaz qovşağı” layihəsinə hazırlaşır – Ərdoğan

© Sputnik / Sergey Guneev / Mediabanka keçidRusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Türk axını” qaz kəmərinin rəsmi açılış mərasimində, arxiv şəkli
Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Türk axını” qaz kəmərinin rəsmi açılış mərasimində, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.12.2022
Abunə olmaq
Ölkənin energetika naziri bildirib ki, Rusiya prezidentinin Türkiyədə təklif etdiyi qovşaq layihəsi çərçivəsində qazpaylama mərkəzi ölkənin Avropa hissəsində yerləşəcək.
BAKI, 4 dekabr - Sputnik. Türkiyə Rusiya lideri Vladimir Putinin təklif etdiyi “qaz qovşağı” layihəsinə hazırlaşır. Bunu Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan ölkənin cənub-şərqindəki Şanlıurfa şəhərində gənclərlə görüşü zamanı deyib.
Rusiya və Türkiyə prezidentləri bundan əvvəl Türkiyədə qaz qovşağının yaradılması məsələsini ətraflı və operativ şəkildə işləyib hazırlamaq tapşırıblar. Bu qovşaq vasitəsilə Rusiya Federasiyası qaz tranzitini Şimal axınından Qara dəniz regionuna və Türkiyəyə daşıya bilər.
Ərdoğan hesab edir ki, Avropa Rusiya qazını Türkiyə vasitəsilə ala bilər.
Ölkənin energetika naziri Fatih Dönməz bildirib ki, Rusiya prezidentinin Türkiyədə təklif etdiyi qovşaq layihəsi çərçivəsində qazpaylama mərkəzi ölkənin Avropa hissəsi olan Frakiyada yerləşəcək.
“... Qaz işləri təkcə Qara və Aralıq dənizlərindəki yataqların işlənməsi ilə yekunlaşmır. Bildiyiniz kimi, hörmətli cənab Putin təklif etdi ki, Avropaya qaz paylamaq üçün Türkiyədə qaz qovşağı yaradaq. Hazırda buna hazırlaşırıq”.
Xəbər lenti
0