Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyada "baçata"nı daha ehtiraslı şəkildə ifa edirlər - Dominikan Respublikasının səfiri

© pixabay / anvelBaçata rəqsi
Baçata rəqsi - Sputnik Azərbaycan, 1920, 04.12.2022
Abunə olmaq
Diplomat bəzilərinin bu rəqsin Dominikan mənşəli olduğunu bilmədiyini dilə gətirib.
BAKI, 4 dekabr - Sputnik. Rusiyada Dominikan bachata rəqsinin yeni interpretasiyasını yaradıblar və onu daha həssas ifa edirlər. Bunu RİA Novosti agentliyinə müsahibəsində adıçəkilən ölkənin Moskvadakı səfiri Hans Dannenberq deyib.

"Rusiyada hər gün haradasa baçata rəqsi ifa edirlər. Təbii ki, rusiyalılar bu rəqsi öz tərzlərində rəqs edirlər, onlar bu rəqsin özlərinə aid versiyasını tapıblar - daha həssas, maraqlı, qeyri-adi. Dominikan Respublikasında onlar fərqli rəqs edirlər. Amma bizim bundan xoşumuz gəlir, sosial şəbəkələrimdə rusların, belarusların və ya qazaxların baçata rəqsi etdiyi videolar yerləşdirirəm”, deyə səfir bildirib.

Diplomat izah edib ki, Dominikan Respublikasında bu rəqs kənd mənşəlidir, şəhərlərdə rəqs edilmir, lakin indi bütün dünyada məşhurlaşıb və dəyişib.
“Rusiyada parklarda diskotekalar keçirilir, Krımda baçata festivalı keçirilir. Novosibirskdə, Kazanda, Minskdə belə festivalların şahidi olmuşuq. Amma bəziləri bu rəqsin Dominikan mənşəli olduğunu bilmir, Kubadan olduğunu düşünürlər”, - deyə səfir əlavə edib.
Xəbər lenti
0