Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Hasilatı azaltmalı olsaq da, neft qiymətinin yuxarı həddini qəbul etməyəcəyik - Novak

© Sputnik / Murad OrujovRusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novak, arxiv şəkli
Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novak, arxiv şəkli  - Sputnik Azərbaycan, 1920, 04.12.2022
Abunə olmaq
Dekabrın 5-dən etibarən Qərb dövlətləri tərəfindən Rusiya dənizlə daşınan xam neftinin barrelinə 60 dollar qiymət həddi tətbiq edilir.
BAKI, 4 dekabr - Sputnik. Moskvanın neftin qiymətinin yuxarı həddi ilə bağlı mövqeyi dəyişməz olaraq qalır: bu, kobud və qeyri-bazar alətidir, Rusiya hasilatı azaltmalı olsa belə, yalnız bazar şərtləri ilə neft və neft məhsullarını tədarük edəcək. Bunu Rusiya baş nazirinin müavini Aleksandr Novak deyib.
“Vurğulamaq istəyirəm ki, bizim mövqeyimiz dəyişməzdir, Rusiya prezidenti Vladimir Putin bu barədə danışıb və hökumət də dəfələrlə bildirib ki, biz bu alətin qeyri-bazar olduğuna inanırıq, səmərəsizdir, bazara kobud müdaxilə edir, bütün qaydalara və qanunlara, elə Ümumdünya Ticarət Təşkilatına da ziddir", - deyə Novak "Rossiya 24" telekanalının efirində Qərbin Rusiya neftinin qiymətlərini məhdudlaşdırmaq üçün tətbiq etdiyi mexanizmə münasibət bildirib.
“Biz hasilatı bir qədər azaltmalı olsaq belə, bizimlə bazar şərtləri əsasında işləyəcək ölkələrə neft və neft məhsullarını satacağıq”, - deyə RF baş nazirinin müavini əlavə edib.
Xatırladaq ki, G7 ölkələri, Aİ və Avstraliya dekabrın 5-dən etibarən Rusiya dənizlə daşınan xam neftinin barrelinə 60 dollar qiymət həddi tətbiq edir.
Aİ ölkələri yuxarı həddi mütəmadi olaraq nəzərdən keçirəcək, onun dəyişdirilməsi üçün birliyin bütün üzvlərinin yekdil qərarı tələb olunacaq. İlk bu cür mümkün düzəliş yanvar ayında müzakirə olunacaq.
Qiymətin yuxarı həddi bazar ertəsi Aİ-nin tankerlərlə daşınan Rusiya xam neftinin alınmasına embarqosunun başlaması ilə paralel olaraq tətbiq edilir.
Xəbər lenti
0