Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

RF hava hücumundan müdafiə qüvvələri bir gündə 9 Ukrayna PUA-sını vurub - Rusiya MN

© Sputnik / Виктор Антонюк / Mediabanka keçidXarkov vilayətində Ukrayna Silahlı Qüvvələrinin məhv edilmiş tankı, arxiv şəkli
Xarkov vilayətində Ukrayna Silahlı Qüvvələrinin məhv edilmiş tankı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.12.2022
Abunə olmaq
Xüsusi hərbi əməliyyat başlayandan bəri Ukraynanın 337 təyyarəsi, 178 helikopter, 2618 pilotsuz uçuş aparatı sıradan çıxarılıb.
BAKI, 4 dekabr - Sputnik. Rusiya hava hücumundan müdafiə sistemləri son sutka ərzində 9 Ukrayna pilotsuz uçan aparatını, beş HIMARS və Uraqan RYAS mərmisini, həmçinin iki HARM antiradar raketini vurub. Bu barədə bazar günü Rusiya Federasiyası Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Bir sutka ərzində hava hücumundan müdafiə sistemləri "Luqansk Xalq Respublikası"nın Jitlovka, Krasnoreçenskoye, Qonçarovka, həmçinin "Donetsk Xalq Respublikası"nın Staromayorskoye, Kirillovka, Nikolskoye, Novotroitskoye, Blaqoveşşenka və Xarkov vilayətinin Yaqodnoye yaşayış məntəqələri ərazilərində Ukraynanın 9 pilotsuz uçuş aparatını vurub", - deyə mesajda deyilir.
Bundan əlavə, gün ərzində "LXR" və Zaporojye bölgəsində beş HIMARS və Uraqan reaktiv yaylım atəşi sistemləri, həmçinin Zaporojye və Xerson vilayətlərində iki HARM antiradar raketi ələ keçirilib.
Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan bəri Rusiya ordusu tərəfindən aşağıdakılar məhv edilib: 337 təyyarə, 178 helikopter, 2618 pilotsuz uçuş aparatı, 391 zenit-raket kompleksi, 6983 tank və digər zirehli döyüş maşını, 909 reaktiv yaylım atəşi döyüş maşını, 3653 səhra artilleriya qurğusu və minaatan, o cümlədən 7463 xüsusi hərbi texnika.
Xəbər lenti
0