https://sputnik.az/20221203/sulhmeramlilarin-komandani-toponimleri-rf-mudafie-nazirliyinin-duzgun-yazmadigini-deyib--449259715.html
Sülhməramlıların komandanı toponimləri RF Müdafiə Nazirliyinin düzgün yazmadığını deyib
Sülhməramlıların komandanı toponimləri RF Müdafiə Nazirliyinin düzgün yazmadığını deyib
Sputnik Azərbaycan
Rusiya sülhməramlılarının komandanı general-mayor Andrey Volkov Azərbaycan toponimlərinin düzgün yazılmamasında Rusiyanın Müdafiə Nazirliyini günahlandırıb. 03.12.2022, Sputnik Azərbaycan
2022-12-03T20:27+0400
2022-12-03T20:27+0400
2022-12-03T21:26+0400
rusiya
sülhməramlı
müdafiə nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/12/425493743_0:225:2839:1822_1920x0_80_0_0_52eacd3224e679b7945dea65718a29cd.jpg
BAKI, 3 dekabr - Sputnik. Azərbaycan toponimlərinə hörmətlə yanaşırıq. Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzindən bütün toponimləri Azərbaycan tərəfinin bizə göndərdiyi adlarla yazırıq.Bu barədə Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkov azərbaycanlı jurnalistlərə açıqlamasında bildirib.O qeyd edib ki, bu tələbə Rusiya Müdafiə Nazirliyi əməl etmir. "Amma təəssüf ki, Rusiya Müdafiə Nazirliyinin saytında bu adlara düzgün əməl edilmir. Lakin qeyd etdiyim kimi, biz sülhməramlılar bütün toponimləri düzgün təqdim edirik. Yoxlaya da bilərsiniz", - Volkov qeyd edib.Qeyd edək ki, artıq bir neçə gündür Azərbaycan Müdafiə Nazirliyi məlumat yayaraq bildirir ki, Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatlarında Azərbaycan ərazilərinin adları uydurma erməni toponimləri ilə qeyd olunmaqdadır.Qeyd olunub ki, bu yanlış ifadələrin istifadə olunmaması ilə bağlı MN tərəfindən dəfələrlə edilən müraciətlərə etinasız yanaşılıb.Azərbaycan Respublikası Müdafiə Nazirliyi bir daha israrla bildirib ki, yaşayış məntəqələrimizin adlarının düzgün qeyd olunmaması, habelə "Dağlıq Qarabağ ərazisi" ifadəsinin işlənməsi yolverilməzdir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/0b/12/425493743_54:0:2785:2048_1920x0_80_0_0_7935282e2193ece610c2eb9b15001a5d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sülhməramlı, müdafiə nazirliyi
sülhməramlı, müdafiə nazirliyi
Sülhməramlıların komandanı toponimləri RF Müdafiə Nazirliyinin düzgün yazmadığını deyib
20:27 03.12.2022 (Yenilənib: 21:26 03.12.2022) Rusiya sülhməramlılarının komandanı general-mayor Andrey Volkov Azərbaycan toponimlərinin düzgün yazılmamasında Rusiyanın Müdafiə Nazirliyini günahlandırıb.
BAKI, 3 dekabr - Sputnik. Azərbaycan toponimlərinə hörmətlə yanaşırıq. Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzindən bütün toponimləri Azərbaycan tərəfinin bizə göndərdiyi adlarla yazırıq.
Bu barədə Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkov azərbaycanlı jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, bu tələbə Rusiya Müdafiə Nazirliyi əməl etmir.
"Amma təəssüf ki, Rusiya Müdafiə Nazirliyinin saytında bu adlara düzgün əməl edilmir. Lakin qeyd etdiyim kimi, biz sülhməramlılar bütün toponimləri düzgün təqdim edirik. Yoxlaya da bilərsiniz", - Volkov qeyd edib.
Qeyd edək ki, artıq bir neçə gündür Azərbaycan Müdafiə Nazirliyi məlumat yayaraq bildirir ki, Rusiya Federasiyasının sülhməramlı kontingentinin rəsmi məlumatlarında Azərbaycan ərazilərinin adları uydurma erməni toponimləri ilə qeyd olunmaqdadır.
Qeyd olunub ki, bu yanlış ifadələrin istifadə olunmaması ilə bağlı MN tərəfindən dəfələrlə edilən müraciətlərə etinasız yanaşılıb.
Azərbaycan Respublikası Müdafiə Nazirliyi bir daha israrla bildirib ki, yaşayış məntəqələrimizin adlarının düzgün qeyd olunmaması, habelə "Dağlıq Qarabağ ərazisi" ifadəsinin işlənməsi yolverilməzdir.