Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Şoyqu niyə Belarusa gedib?

© Photo : БелТА / Mediabanka keçidAleksandr Lukaşenko və Sergey Şoyqu
Aleksandr Lukaşenko və Sergey Şoyqu - Sputnik Azərbaycan, 1920, 03.12.2022
Abunə olmaq
Şoyqu belaruslu həmkarı ilə görüş zamanı deyib ki, Belarus ərazisində Rusiya və Belarus birləşmələrinin, regional qoşun qruplaşmasına təyin edilmiş hərbi hissələrin döyüş koordinasiyası üçün tədbirlər görülür.
BAKI, 3 dekabr - Sputnik. Belarusla müttəfiqlik münasibətləri Qərbin misli görünməmiş təzyiqləri qarşısında xüsusi əhəmiyyət kəsb edib.
“RİA Novosti” xəbər verir ki, bu barədə Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu bildirib.
"Belarus Respublikası bizim etibarlı tərəfdaşımız olub və olaraq qalır. Bu, kollektiv Qərbin misli görünməmiş təzyiqləri və ölkələrimizə qarşı elan edilməmiş müharibə şəraitində bu gün xüsusilə vacibdir", - deyə Şoyqu Minskdə belaruslu həmkarı Viktor Xrenin ilə danışıqlar zamanı bildirib.
Rusiya hərbi idarəsinin rəisi “Belarusun ABŞ və müttəfiqlərinin düşmən kursuna müqavimət göstərmək əzmini, Birlik Dövlətinin hərbi təhlükəsizliyini birgə təmin etməyə hazırlığını” yüksək qiymətləndirib. Şoyqu həmçinin xatırladıb ki, “Hazırda iki ölkə prezidentinin qərarına əsasən, Belarus ərazisində Rusiya və Belarus birləşmələrinin, regional qoşun qruplaşmasına təyin edilmiş hərbi hissələrin döyüş koordinasiyası üçün tədbirlər görülür".
Xatırladaq ki, oktyabrın 10-da Belarus prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinlə birgə regional qoşun qrupunun yerləşdirilməsi barədə razılığa gəldiyini bildirib.
Belarus lideri deyib ki, qeyri-rəsmi kanallar vasitəsilə Minskə Ukrayna ərazisindən respublikaya gözlənilən zərbə ilə bağlı xəbərdarlıq edilib və o, cavabın sərt olacağını Kiyevə çatdırmağı tapşırıb.
***
Rusiyanın müdafiə naziri Sergey Şoyqu belaruslu həmkarı Viktor Xrenin ilə danışıqlar aparmaq üçün Minskə gedib.
Bu barədə BELTA agentliyi məlumat yayıb.
Bildirilib ki, Rusiya Federasiyasının MN başçısının təyyarəsi Maçulişi aerodromuna enib.
Şoyqunun belaruslu həmkarı ilə danışıqlarının mövzusu ikitərəfli hərbi və hərbi-texniki əməkdaşlıq məsələləri olacaq.
Xəbər lenti
0