Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Moskva Əsədlə Ərdoğanın Rusiyada görüşünün təşkili üzərində işləyir - Lavrentyev

© Sputnik / Владислав Воднев / Mediabanka keçidRusiya prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev
Rusiya prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev - Sputnik Azərbaycan, 1920, 02.12.2022
Abunə olmaq
Bundan əvvəl Türkiyə Prezidenti Ərdoğan suriyalı həmkarı Bəşər Əsədlə görüşünün mümkünlüyünü açıqlamışdı.
BAKI, 2 dekabr — Sputnik. Moskva Suriya və Türkiyə prezidentləri arasında Rusiya Federasiyasında görüş təşkil etmək üzərində işləyir. Bunu Rusiya prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev bildirib.
Bundan əvvəl Türkiyə Prezidenti Ərdoğan suriyalı həmkarı Bəşər Əsədlə görüşünün mümkünlüyünü açıqlamışdı. Bundan sonra Türkiyənin "Hürriyyət" qəzetinin iqtidar dairələrinə yaxın köşə yazarı Abdulkadir Selvi prezidentlərin görüşünün Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Rusiyada baş tuta biləcəyini bildirib.
Lavrentyevin sözlərinə görə, prezidentlərin Rusiya Federasiyasında görüşünün mümkünlüyü həmişə mövcuddur və Moskva bunu dəstəkləyir.
"Bir daha deyirəm - Türkiyə bunu nəzərdən keçirməlidir. Biz belə bir görüşün ümumilikdə müsbət və faydalı olacağına inanırıq və bu istiqamətdə işləyirik", - Lavrentyev Əl-Ərəbiyyə telekanalına müsahibəsində deyib.
Xəbər lenti
0