Мультимедийный пресс-центр Sputnik Азербайджан  - Sputnik Azərbaycan, 1920
Mətbuat mərkəzi
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirlər

Gənc qafqazlı alimlər arasında əməkdaşlığın üfüqləri

© AP Photo / Virginia MayoAlim
Alim - Sputnik Azərbaycan, 1920, 02.12.2022
Abunə olmaq
Gənc alimlərin əməkdaşlıq perspektivləri barədə STEM Analitik Mərkəzinin direktoru Orxan Yolçuyev məlumat verəcək.
BAKI, 2 dekabr — Sputnik. STEM Analitik Mərkəzi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutu ilə birgə dekabrın 19-da "Qafqaz regionunda təhlükəsizlik və çağırışlar" mövzusunda Respublika Gənc Alimlər Forumunu keçirəcək.
Foruma elmi-tədqiqat institutlarının və müəssisələrinin, ali təhsil müəssisələrinin yaşı 30-a qədər olan əməkdaşları, innovativ qrup və birliklərin nümayəndələri, müəllimlər, magistr və doktorantlar dəvət olunur. Tədbir çərçivəsində regionun elmi ictimaiyyətinin nümayəndələri arasında qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunacaq.
Tədbirin mahiyyəti və gənc alimlərin əməkdaşlıq perspektivləri barədə dekabrın 2-də saat 12:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində STEM Analitik Mərkəzinin direktoru Orxan Yolçuyev, ölkənin elmi ictimaiyyətinin nümayəndələri məlumat verəcəklər.
Tədbir Sputnik Azərbaycan-ın "Facebook" səhifəsində canlı yayımlanacaq.
https://www.facebook.com/SputnikAze/
Əlaqə:
Telefonlar: 404-13-84/85
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzinin ünvanı: Mətbuat pr., məh.529, bina 23, mərt.4.
Xəbər lenti
0