Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakıda metroların çıxışında bayram çadırları qurulur - VİDEO

© Sputnik / Zulfiyya GuluyevaBakıda bayram çadırları qurulur
Bakıda bayram çadırları qurulur - Sputnik Azərbaycan, 1920, 02.12.2022
Abunə olmaq
Bu il metro çıxışlarında qurulan bayram çadırları əvvəlki illərlə müqayisədə fərqli təşkil olunur.
BAKI, 2 dekabr - Sputnik. Bakıda metroların çıxışında Yeni il bayramı ilə əlaqədar bayram çadırlarının qurulmasına başlanılıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, çadırların qurulması Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təşkil edilir. Bu il bayram çadırlarında təkcə Yeni il aksesuarları deyil, eyni zamanda bayram çərəzləri də satılacaq.
"Azadlıq" metrostansiyasının çıxışında qurulmuş çadırda Yeni il aksesuarlarının, eləcə də bayram çərəzlərinin satışına başlanılıb. Burada həmsöhbət olduğumuz satıcılar bildirdi ki, əvvəlki illərdə çadırlarda yalnız Yeni il aksesuarları, hədiyyələri satılsa da, bu il satış yarmarkası fərqli təşkil olunub. Mütəllim adlı satıcı bildirdi ki, çadırın bir tərəfi bayram aksesuarları, digər tərəfi isə çərəzlər üçün ayrılıb: "Belə təşkil olunub ki, alıcılar bayram bazarlığını edə bilsinlər".
Ötən ildən fərqli olaraq bu il Yeni il münasibətilə qurulan çadırlarda bayram aksesuarlarının qiyməti xeyli baha idi. Süni şam ağacının qiyməti 28-130 manat arasında dəyişir. Satıcı şam ağacının qiymətinin baha olmasının səbəbini bu il alış qiymətlərinin yüksəlməsi ilə izah etdi. Bildirdi ki, şam ağaclarını bəzəmək üçün aksesuarların qiyməti 8 manatdan başlayır. Bir qədər böyük bəzək aksesuarları isə 12 manatdır. Satışda 18 manata da aksesuarlar var idi. Üç metrlik bayram işığının qiyməti isə 20 manatdır.
© Sputnik / Zulfiyya GuluyevaBakıda bayram çadırları qurulur
Bakıda bayram çadırları qurulur - Sputnik Azərbaycan, 1920, 02.12.2022
Bakıda bayram çadırları qurulur
Burada Yeni il hədiyyələri də satılırdı. Ən ucuz Yeni il hədiyyəsi 2 manat 50 qəpik, ən bahalısı isə 3 manat 80 qəpik idi. Satıcı hədiyyələrin yeni hazırlandığını desə də, heç birinin üzərində istehsal tarixi, istehsalçı barədə məlumata rast gəlmədik.
Burada bayram çərəzlərinin qiyməti isə bazarla müqayisədə xeyli baha idi. Qabıqlı fındıq 6, qoz 5 manata satılırdı. Qoz ləpəsi 18, fındıq ləpəsi 16 manata təklif olunurdu. Qarışıq çərəzlərin qiyməti 12 manata satılırdı.
Bakıda digər metrostansiyaların çıxışında isə hələ bayram çadırlarının qurulması başa çatdırılmamışdı. Metronun Elmlər Akademiyası stansiyasının çıxışında satıcılar bildirdilər ki, həftənin sonunadək bayram çadırlarının qurulması işi başa çatdırılacaq.
Xəbər lenti
0