Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya XİN: Moskva qərəzli mövqedə olan Münhen konfransına marağını itirib

© AP Photo / Jens MeyerMünhen konfransı, arxiv şəkli
Münhen  konfransı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 01.12.2022
Abunə olmaq
Rusiya Xarici İşlər Nazirliyindən verilən məlumatda son illərdə Münhen konfransının sırf transatlantik foruma çevrildiyi və Moskvanın bu tədbirə marağı qalmadığı deyilir.
BAKI, 1 dekabr — Sputnik. Münhen Təhlükəsizlik Konfransında iştirak artıq Rusiya Federasiyası üçün maraqlı deyil, çünki bu forum obyektivliyini itirib.
Rusiya Xarici İşlər Nazirliyindən "RİA Novosti"yə verilən məlumatda belə deyilir.
"Son illərdə Münhen konfransı sırf transatlantik foruma çevrilib, inklüzivliyini, obyektivliyini və tribunasından çıxış edən natiqlərə bərabər məsafəni itirib. Moskvanın bu tədbirə marağı qalmayıb", - deyə nazirlik izah edib.
Xarici İşlər Nazirliyinin məlumatına görə, Münhen Təhlükəsizlik Konfransının (MTK) sədri Kristof Hoysgen sosial şəbəkələrdə bildirib ki, gələn il keçiriləcək konfransa Rusiya hakimiyyət orqanlarının nümayəndələrini dəvət etmək planı yoxdur. Hoysgenin sözlərinə görə, Rusiya müxalifəti ilə Rusiya Federasiyasının gələcəyi haqqında danışmaq planlaşdırılır.
Rusiya Xarici İşlər Nazirliyi, MTK sədrinin səsləndirdiyi planları BMT Nizamnaməsi prinsiplərinin ört-basdır edilmədən pozulması və Rusiya Federasiyasının daxili işlərinə müdaxilə cəhdi kimi qiymətləndirib.
"Beynəlxalq müzakirə platformasının başına nə oyun açıldığını nəzərə alsaq, Hoysgen, hətta dəvət olunsalar belə, rəsmi Rusiya nümayəndələrinin iştirakını gözləməməli idi", - deyə nazirlik qeyd edib.
Bundan əvvəl Dövlət Dumasının deputatı Mariya Butina Rusiya Federasiyasının Münhen Konfransına niyə dəvət edilmədiyini izah edib.
Xəbər lenti
0