https://sputnik.az/20221201/rusiya-sefirliyi-diplomatik-numayendeliye-partlayici-qurgu-gonderilmesine-reaksiya-verib-449176205.html
Rusiya səfirliyi diplomatik nümayəndəliyə partlayıcı qurğu göndərilməsinə reaksiya verib
Rusiya səfirliyi diplomatik nümayəndəliyə partlayıcı qurğu göndərilməsinə reaksiya verib
Sputnik Azərbaycan
Səfirlikdən bildirilib ki, istənilən təhdidləri və terror aktlarını, xüsusilə diplomatik nümayəndəliklərə qarşı yönəlmiş hərəkətləri pisləyirlər. 01.12.2022, Sputnik Azərbaycan
2022-12-01T18:09+0400
2022-12-01T18:09+0400
2022-12-01T18:09+0400
rusiya
ukrayna
rusiya xin
ispaniya
səfirlik
madrid
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/01/449176048_0:0:3072:1728_1920x0_80_0_0_3c5556b7519c33c691db1c9075829b92.jpg
BAKI, 1 dekabr — Sputnik. Rusiya Federasiyasının İspaniyadakı səfirliyi naməlum şəxslər tərəfindən Ukraynanın Madriddəki diplomatik nümayəndəliyinə və İspaniyanın bir sıra qurumlarına göndərilən partlayıcı paketlərlə bağlı vəziyyəti şərh edərək, istənilən təhdidləri və terror aktlarını pislədiyini bildirib."Ukraynanın İspaniyadakı səfirliyinə və İspaniyanın bəzi rəsmi qurumlarına partlayıcı maddələr olan bağlamalar göndərilməsi ilə bağlı KİV-də yer alan məlumatlar ilə əlaqədar olaraq, bildiririk ki, biz istənilən təhdidləri və terror aktlarını, xüsusilə diplomatik nümayəndəliklərə qarşı yönəlmiş hərəkətləri pisləyirik", - səfirlikdən bildiriblər.Bundan əvvəl Ukraynanın Madriddəki səfirliyinə, "Instalaza" silah şirkətinə, Krallığın Müdafiə Nazirliyinə və Torrexon de Ardoz aviabazasına partlayıcı maddələrin olduğu bağlamaların göndərildiyi bildirilib. Məlum olub ki, noyabrın 24-də İspaniya polisi İspaniyanın Baş naziri Pedro Sançesə ünvanlanmış "pirotexniki maddə" olan zərfi ələ keçirib.Çərşənbə günü "20 Minutos" qəzeti mənbələrə istinadən yazıb ki, poçt zərfində gizlədilən qurğunun partlaması nəticəsində Ukraynanın Madriddəki səfirliyinin əməkdaşı yüngül xəsarət alıb. Qurğu Bakı vaxtı ilə saat 16:00 radələrində partlayıb. Bu zaman polis əməkdaşları Ukraynanın Madriddəki səfirliyində yanğınla bağlı çağırış alıblar.Daha sonra Ukraynanın İspaniyadakı səfiri Sergey Poqoreltsev bildirib ki, Madriddəki Ukrayna səfirliyinin qarşısında zərf deyil, qutu partlayıb. EFE agentliyi İspaniyanın milli məhkəməsinin Madriddəki Ukrayna səfirliyinin binası yaxınlığında baş vermiş partlayışla bağlı iş açacağını, hadisənin mümkün terror cinayəti kimi araşdırılacağını bildirib.
madrid
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/01/449176048_250:0:2981:2048_1920x0_80_0_0_71c51b0d580eea72c601c54c8e31292b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ukrayna, rusiya xin, ispaniya, səfirlik, madrid
ukrayna, rusiya xin, ispaniya, səfirlik, madrid
Rusiya səfirliyi diplomatik nümayəndəliyə partlayıcı qurğu göndərilməsinə reaksiya verib
Səfirlikdən bildirilib ki, istənilən təhdidləri və terror aktlarını, xüsusilə diplomatik nümayəndəliklərə qarşı yönəlmiş hərəkətləri pisləyirlər.
BAKI, 1 dekabr — Sputnik. Rusiya Federasiyasının İspaniyadakı səfirliyi naməlum şəxslər tərəfindən Ukraynanın Madriddəki diplomatik nümayəndəliyinə və İspaniyanın bir sıra qurumlarına göndərilən partlayıcı paketlərlə bağlı vəziyyəti şərh edərək, istənilən təhdidləri və terror aktlarını pislədiyini bildirib.
"Ukraynanın İspaniyadakı səfirliyinə və İspaniyanın bəzi rəsmi qurumlarına partlayıcı maddələr olan bağlamalar göndərilməsi ilə bağlı KİV-də yer alan məlumatlar ilə əlaqədar olaraq, bildiririk ki, biz istənilən təhdidləri və terror aktlarını, xüsusilə diplomatik nümayəndəliklərə qarşı yönəlmiş hərəkətləri pisləyirik", - səfirlikdən bildiriblər.
Bundan əvvəl Ukraynanın Madriddəki səfirliyinə, "Instalaza" silah şirkətinə, Krallığın Müdafiə Nazirliyinə və Torrexon de Ardoz aviabazasına partlayıcı maddələrin olduğu bağlamaların göndərildiyi bildirilib. Məlum olub ki, noyabrın 24-də İspaniya polisi İspaniyanın Baş naziri Pedro Sançesə ünvanlanmış "pirotexniki maddə" olan zərfi ələ keçirib.
Çərşənbə günü "20 Minutos" qəzeti mənbələrə istinadən yazıb ki, poçt zərfində gizlədilən qurğunun partlaması nəticəsində Ukraynanın Madriddəki səfirliyinin əməkdaşı yüngül xəsarət alıb. Qurğu Bakı vaxtı ilə saat 16:00 radələrində partlayıb. Bu zaman polis əməkdaşları Ukraynanın Madriddəki səfirliyində yanğınla bağlı çağırış alıblar.
Daha sonra Ukraynanın İspaniyadakı səfiri Sergey Poqoreltsev bildirib ki, Madriddəki Ukrayna səfirliyinin qarşısında zərf deyil, qutu partlayıb. EFE agentliyi İspaniyanın milli məhkəməsinin Madriddəki Ukrayna səfirliyinin binası yaxınlığında baş vermiş partlayışla bağlı iş açacağını, hadisənin mümkün terror cinayəti kimi araşdırılacağını bildirib.