https://sputnik.az/20221201/peskov-nato-ukraynani-muharibeye-mecbur-edir-449168922.html
Peskov: NATO Ukraynanı "müharibəyə məcbur edir"
Peskov: NATO Ukraynanı "müharibəyə məcbur edir"
Sputnik Azərbaycan
Rusiya prezidentinin mətbuat katibi bildirib ki, NATO hələ də Kiyevi öz silahlari ilə doldurmağa davam edir. 01.12.2022, Sputnik Azərbaycan
2022-12-01T15:46+0400
2022-12-01T15:46+0400
2022-12-01T15:46+0400
dmitri peskov
rusiya
putin
rusiya prezidenti vladimir putin
vladimir putin
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e6/06/10/442997423_0:0:3072:1728_1920x0_80_0_0_413ae1b5ffc626ad3bb12d40a41ad3d9.jpg
BAKI, 1 dekabr — Sputnik. Şimali Atlantika Alyansı Ukraynanı "müharibəyə məcbur etməyə" davam edir. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı bildirib.Peskov NATO-nun Baş katibi Yens Stoltenberqin Ukraynanın təşkilata üzv olması haqqında deyil, dövlətçiliyin qorunub saxlanılması barədə fikrini şərh edib."Çətin ki, bu alyans tərəfindən nəyəsə aydınlıq gətirilməsi demək deyil. Alyans hələ də Ukrayna rejimini müharibəyə məcbur etməyə, hələ də "son ukraynalıya qədər döyüşməyə" üstünlük verir", - deyə Rusiya dövlət başçısının mətbuat katibi izah edib.Peskovun sözlərinə görə, NATO hələ də Kiyevi öz silahları ilə doldurmağa davam edir.O, həmçinin qeyd edib ki, alyansın qərarları səbəbindən Ukraynanın özü və onun hakimiyyəti üçün vəziyyət gərginləşir.Ukraynada nə baş verir?Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.Hərbi əməliyyat keçirilməsi qərarı ABŞ və onun müttəfiqləri tərəfindən Rusiyaya qarşı yeni sanksiyaların tətbiq olunmasına səbəb olub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/10/442997423_341:0:3072:2048_1920x0_80_0_0_cc2714f719b549631752c08cb82c3f02.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dmitri peskov, putin, rusiya prezidenti vladimir putin, vladimir putin, ukrayna
dmitri peskov, putin, rusiya prezidenti vladimir putin, vladimir putin, ukrayna
Peskov: NATO Ukraynanı "müharibəyə məcbur edir"
Rusiya prezidentinin mətbuat katibi bildirib ki, NATO hələ də Kiyevi öz silahlari ilə doldurmağa davam edir.
BAKI, 1 dekabr — Sputnik. Şimali Atlantika Alyansı Ukraynanı "müharibəyə məcbur etməyə" davam edir. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı bildirib.
Peskov NATO-nun Baş katibi Yens Stoltenberqin Ukraynanın təşkilata üzv olması haqqında deyil, dövlətçiliyin qorunub saxlanılması barədə fikrini şərh edib.
"Çətin ki, bu alyans tərəfindən nəyəsə aydınlıq gətirilməsi demək deyil. Alyans hələ də Ukrayna rejimini müharibəyə məcbur etməyə, hələ də "son ukraynalıya qədər döyüşməyə" üstünlük verir", - deyə Rusiya dövlət başçısının mətbuat katibi izah edib.
Peskovun sözlərinə görə, NATO hələ də Kiyevi öz silahları ilə doldurmağa davam edir.
O, həmçinin qeyd edib ki, alyansın qərarları səbəbindən Ukraynanın özü və onun hakimiyyəti üçün vəziyyət gərginləşir.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Hərbi əməliyyat keçirilməsi qərarı ABŞ və onun müttəfiqləri tərəfindən Rusiyaya qarşı yeni sanksiyaların tətbiq olunmasına səbəb olub.