Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

MDB-nin İqtisadi Şurasının 96-cı iclası keçiriləcək

© AR Ministry of DefenceBakıda MDB iştirakçı dövlətlərin bayraqları, arxiv şəkli
Bakıda MDB iştirakçı dövlətlərin bayraqları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 01.12.2022
Abunə olmaq
Tədbirdə həmçinin telekommunikasiya şəbəkələrində fırıldaqçılıq ilə mübarizə sahəsində əməkdaşlıq memorandumunun imzalanması da planlaşdırılır.
BAKI, 1 dekabr - Sputnik. Dekabrın 2-də Moskvada MDB-nin İqtisadi Şurasının 96-cı iclası keçiriləcək. MDB-nin İcraiyyə Komitəsinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, iclas videokonfrans formatında keçiriləcək.
İclas iştirakçıları tərəfindən MDB-də iqtisadi əməkdaşlıqla bağlı aktual məsələlər üzrə fikir mübadiləsinin aparılması, o cümlədən Şuranın sənaye siyasəti ilə bağlı fəaliyyətinin, İqtisadi İnkişaf Strategiyasının birinci mərhələsinin (2021–2025-ci illər) realizə edilməsi üzrə Tədbirlər Planının həyata keçirilməsinin, sənaye kooperasiyasının inkişafı konsepsiyasının layihələrinin və sənaye kooperasiyasının inkişafı üzrə tədbirlər kompleksinin və digərlərinin müzakirə gözlənilir.
Bundan əlavə, telekommunikasiya şəbəkələrində fırıldaqçılıq ilə mübarizə sahəsində əməkdaşlıq memorandumunun imzalanması da planlaşdırılır.
Tərəflər, həmçinin vahid hava hücumundan müdafiə sisteminin yaradılması və inkişafı üçün xərclər, MDB Dövlətlərarası Statistika Komitəsinin və 2022-ci il üçün Sərhəd Qoşunları Komandanları Şurasının Əlaqələndirmə Xidmətinin büdcədənkənar fondlarından gəlir və xərclər smetasını, MDB-nin İqtisadi Şurasının 2022-ci il 23 sentyabr tarixli qərarlarının icrası barədə məlumatı müzakirə edəcək.
Xəbər lenti
0