Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Lavrov: "Qərb ATƏT-i dəfn etməyə çalışır"

© AP Photo / Hajarah NalwaddaRusiya xarici işlər naziri Sergey Lavrov
Rusiya xarici işlər naziri Sergey Lavrov - Sputnik Azərbaycan, 1920, 01.12.2022
Abunə olmaq
Rusiya XİN rəhbərinin sözlərinə görə, ATƏT hamının səsini eşitmək üçün yaradılıb ki, heç bir ölkə özünü ümumi prosesdən kənarda hiss etməsin.
BAKI, 1 dekabr — Sputnik. Qərb ATƏT-i dəfn etmək üçün bilərəkdən ayırıcı xətlər çəkir. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
"Qərb ayırıcı xətlər çəkməklə ATƏT-in məhz nəyin əleyhinə yaradıldığını göstərir. Qorxuram ki, bu, xüsusi olaraq ATƏT üçün edilir", - o, cümə axşamı mətbuat konfransında deyib.
Lavrov əlavə edib ki, ATƏT hamının səsini eşitmək üçün yaradılıb ki, heç bir ölkə özünü ümumi prosesdən kənarda hiss etməsin.
"Amma indi hər şey alt-üst oldu", - deyə XİN rəhbəri bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirmişdi ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ATƏT Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) Polşada keçiriləcək iclasına buraxılmaması birliyi yox, ağılsızlığı göstərir. Bundan əvvəl Rusiya XİN açıqlamışdı ki, ATƏT-in hazırkı sədri olan Polşanın Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovun ATƏT Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) Lodz şəhərində dekabrın 1-2 tarixlərində keçiriləcək iclasında iştirakından imtina etmək qərarı təxribat xarakterlidir.
Xəbər lenti
0