https://sputnik.az/20221201/bakida-absolute-nemiroff-kimi-meshur-araqlarin-saxta-versiyalari-dolasir-449155470.html
Bakıda "Absolute", "Nemiroff" kimi məşhur araqların saxta versiyaları dolaşır
Bakıda "Absolute", "Nemiroff" kimi məşhur araqların saxta versiyaları dolaşır
Sputnik Azərbaycan
Məhsulların qablaşdırılmasında və aksiz markasında uyğunsuzluqlar müəyyən edilib, keyfiyyət və təhlükəsizlik göstəricilərini təsdiq edən sənədlər (sertifikat... 01.12.2022, Sputnik Azərbaycan
2022-12-01T12:59+0400
2022-12-01T12:59+0400
2022-12-01T12:35+0400
spirtli içki
paytaxt xəbərləri
https://cdnn1.img.sputnik.az/img/41730/42/417304224_0:208:2000:1333_1920x0_80_0_0_61b9b74696ee805da728718a6b67e094.jpg
BAKI, 1 dekabr — Sputnik. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakıda marketdə saxta spirtli içkilər aşkarlayıb.Bu barədə AQTA-dan məlumat verilib.Agentlik əməkdaşları Bakı şəhəri, Səbail rayonu, Bülbül pr., ev 7 ünvanında fəaliyyət göstərən, fiziki şəxs İbrahimova Zeynəb Həsənağa qızına məxsus "Sahil" marketdə plandankənar yoxlama keçirib.Yoxlama zamanı obyektdə aşkar saxtalaşdırılma əlamətləri olan ümumilikdə 33 ədəd "Absolute Vodka", "Fortuna Organic", "Fortuna Premium", "Nemiroff" əmtəə nişanlı araq, "Olmeca Tequila", "Sierra" əmtəə nişanlı tekila, "Ballantines", "Black Label" əmtəə nişanlı viski məhsulları aşkar edilib. Məhsulların qablaşdırılmasında və aksiz markasında uyğunsuzluqlar müəyyən edilib, keyfiyyət və təhlükəsizlik göstəricilərini təsdiq edən sənədlər (sertifikat, qaimə, faktura və s.) yoxlamaya təqdim edilməyib. Aşkar olunmuş faktla bağlı sözügedən məhsullar dövriyyədən çıxarılıb və satışının qarşısı alınıb. Araşdırmalar davam etdirilir.Xatırladaq ki, ötən gün Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildiriblər ki, saxtalaşdırılmış spirtli içkilərin satışının həyata keçirilməsi ilə bağlı daxil olan müraciət əsasında, Bakı şəhəri, Xətai rayonu, G.S.Mehmandarov küçəsində fəaliyyət göstərən, fiziki şəxs Həmidli Aqşin Ceyhun oğluna məxsus "Wine House" şərab evində Agentlik əməkdaşları tərəfindən araşdırma aparılıb.Yoxlama zamanı ticarət obyektinin vitrinində 2 ədəd 1l-lik "Absolut Vodka", 2 ədəd 0,7 ml-lik "Neft Vodka", 3 ədəd 0,7 ml-lik "Nemiroff Vodka Delikat", 1 ədəd 1l-lik "Nemiroff Vodka Delikat", 2 ədəd 0,7 ml-lik "Nemiroff Vodka Original", 2 ədəd 1l-lik "Nemiroff Vodka Original", 1 ədəd 0,5 ml-lik "Nemiroff Vodka Original" və 1 ədəd 1l-lik "Nemiroff Vodka Wheat" əmtəə nişanlı saxta araq məhsulları aşkar edilib.Onu da xatırladaq ki, kustar üsullarla saxta spirtli içkilərin hazırlanmasında istifadə edilən və istehlakçıların zəhərlənməsinə səbəb olan metil (metanol) spirti texniki, sənaye spirtidir və onun qida kimi istifadə olunması yolverilməzdir. Metanol qanunsuz olaraq aşağı keyfiyyətli və saxtalaşdırılma üsulu ilə alkoqollu içkilərin hazırlanmasında istifadə olunur.Bu zaman istehlakçılar güclü zəhərlənmə halları, hətta ölüm təhlükəsi ilə üzləşə bilər. Metil spirtinin az miqdarda qəbulu belə orqanizmdə çox ciddi fəsadlara səbəb olur. Nəticədə mərkəzi sinir və mədə-bağırsaq sistemi, xüsusilə gözün torlu qişasını zədələməklə görmə ilə əlaqədar olan ağır fəsadlar yaradır.Metil spirtini rənginə, qoxusuna və ya dadına görə fərqləndirmək çox çətindir. Bu maddə və onun törəmələri qeyri-qida sənayesində, xüsusilə kimya, əczaçılıq, eləcə də boya və həlledicilərin istehsalında istifadə olunur. Bu kimi qida üçün nəzərdə tutulmayan, insan sağlamlığına təhlükə yaradan maddələrin qida məhsullarının hazırlanmasında istifadə olunması qəti şəkildə yolverilməzdir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41730/42/417304224_223:0:2000:1333_1920x0_80_0_0_149bc34efd1193dd22bc60355928b3e6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
spirtli içki
Bakıda "Absolute", "Nemiroff" kimi məşhur araqların saxta versiyaları dolaşır
Məhsulların qablaşdırılmasında və aksiz markasında uyğunsuzluqlar müəyyən edilib, keyfiyyət və təhlükəsizlik göstəricilərini təsdiq edən sənədlər (sertifikat, qaimə, faktura və s.) yoxlamaya təqdim edilməyib.
BAKI, 1 dekabr — Sputnik. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakıda marketdə saxta spirtli içkilər aşkarlayıb.
Bu barədə AQTA-dan məlumat verilib.
Agentlik əməkdaşları Bakı şəhəri, Səbail rayonu, Bülbül pr., ev 7 ünvanında fəaliyyət göstərən, fiziki şəxs İbrahimova Zeynəb Həsənağa qızına məxsus "Sahil" marketdə plandankənar yoxlama keçirib.
Yoxlama zamanı obyektdə aşkar saxtalaşdırılma əlamətləri olan ümumilikdə 33 ədəd "Absolute Vodka", "Fortuna Organic", "Fortuna Premium", "Nemiroff" əmtəə nişanlı araq, "Olmeca Tequila", "Sierra" əmtəə nişanlı tekila, "Ballantines", "Black Label" əmtəə nişanlı viski məhsulları aşkar edilib. Məhsulların qablaşdırılmasında və aksiz markasında uyğunsuzluqlar müəyyən edilib, keyfiyyət və təhlükəsizlik göstəricilərini təsdiq edən sənədlər (sertifikat, qaimə, faktura və s.) yoxlamaya təqdim edilməyib. Aşkar olunmuş faktla bağlı sözügedən məhsullar dövriyyədən çıxarılıb və satışının qarşısı alınıb. Araşdırmalar davam etdirilir.
Xatırladaq ki, ötən gün Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildiriblər ki, saxtalaşdırılmış spirtli içkilərin satışının həyata keçirilməsi ilə bağlı daxil olan müraciət əsasında, Bakı şəhəri, Xətai rayonu, G.S.Mehmandarov küçəsində fəaliyyət göstərən, fiziki şəxs Həmidli Aqşin Ceyhun oğluna məxsus "Wine House" şərab evində Agentlik əməkdaşları tərəfindən araşdırma aparılıb.
Yoxlama zamanı ticarət obyektinin vitrinində 2 ədəd 1l-lik "Absolut Vodka", 2 ədəd 0,7 ml-lik "Neft Vodka", 3 ədəd 0,7 ml-lik "Nemiroff Vodka Delikat", 1 ədəd 1l-lik "Nemiroff Vodka Delikat", 2 ədəd 0,7 ml-lik "Nemiroff Vodka Original", 2 ədəd 1l-lik "Nemiroff Vodka Original", 1 ədəd 0,5 ml-lik "Nemiroff Vodka Original" və 1 ədəd 1l-lik "Nemiroff Vodka Wheat" əmtəə nişanlı saxta araq məhsulları aşkar edilib.
Onu da xatırladaq ki, kustar üsullarla saxta spirtli içkilərin hazırlanmasında istifadə edilən və istehlakçıların zəhərlənməsinə səbəb olan metil (metanol) spirti texniki, sənaye spirtidir və onun qida kimi istifadə olunması yolverilməzdir. Metanol qanunsuz olaraq aşağı keyfiyyətli və saxtalaşdırılma üsulu ilə alkoqollu içkilərin hazırlanmasında istifadə olunur.
Bu zaman istehlakçılar güclü zəhərlənmə halları, hətta ölüm təhlükəsi ilə üzləşə bilər. Metil spirtinin az miqdarda qəbulu belə orqanizmdə çox ciddi fəsadlara səbəb olur. Nəticədə mərkəzi sinir və mədə-bağırsaq sistemi, xüsusilə gözün torlu qişasını zədələməklə görmə ilə əlaqədar olan ağır fəsadlar yaradır.
Metil spirtini rənginə, qoxusuna və ya dadına görə fərqləndirmək çox çətindir. Bu maddə və onun törəmələri qeyri-qida sənayesində, xüsusilə kimya, əczaçılıq, eləcə də boya və həlledicilərin istehsalında istifadə olunur. Bu kimi qida üçün nəzərdə tutulmayan, insan sağlamlığına təhlükə yaradan maddələrin qida məhsullarının hazırlanmasında istifadə olunması qəti şəkildə yolverilməzdir.