Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Xəzərdəki dəniz limanları arasında rəqabət artır - Putin

© Sputnik / Сергей Гунеев / Mediabanka keçidRusiya Prezidenti Vladimir Putin, arxiv şəkli
Rusiya Prezidenti Vladimir Putin, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 30.11.2022
Abunə olmaq
Hələ 2020-ci ildə Putin Rusiyanın Xəzər regionunda ən böyük ticarət limanı olan Həştərxan vilayətindəki Olya dəniz limanında liman xüsusi iqtisadi zonasının yaradılması məsələsinin həllini sürətləndirməyi tapşırmışdı.
BAKI, 30 noyabr — Sputnik. Xəzərdə dəniz limanlarının rəqabəti artır, qonşu ölkələr infrastrukturu inkişaf etdirir, Rusiya bu istiqamətdə fəal işləməlidir. Bunu Rusiya prezidenti Vladimir Putin hökumətin iclasında bildirib.

"Xəzərdə, siz də bilirsiniz, rəqabət artır. Bizim qonşularımız, Allah onlara sağlıq versin, əslində yaxşı işləyirlər və liman obyektlərini çox fəal inkişaf etdirirlər. Onlar həqiqətən rəqabət yaradırlar, yaxşı işləyirlər. Bu baxımdan bizə buna xüsusi diqqət yetirmək lazımdır ", - deyə o bildirib.

Hələ 2020-ci ildə Putin Rusiyanın Xəzər regionunda ən böyük ticarət limanı olan Həştərxan vilayətindəki Olya dəniz limanında liman xüsusi iqtisadi zonasının yaradılması məsələsinin həllini sürətləndirməyi tapşırmışdı.
Xatırladaq ki, Nursultan Nazarbayev Fondu yanında Dünya İqtisadiyyatı və Siyasət İnstitutundan verilən məlumata görə, 2020-ci ildə Xəzər regionu ölkələri arasındakı ticarətin ümumi həcmi 20 milyard dolları keçib və bunun üçdə ikisi Rusiya ilə Qazaxıstan arasındakı ticarət dövriyyəsinin payına düşür.
Rusiya-Azərbaycan qarşılıqlı əlaqələrinin bölgənin ümumi ticarət dövriyyəsində payı 10%, Rusiya və İranın payı isə 8% təşkil edir.
Xəbər lenti
0