https://sputnik.az/20221130/rusiya-2023-cu-ilde-nuve-quvvelerinin-maraqlarina-uygun-tikintiye-diqqet-yetirecek---soyqu-449128819.html
Rusiya 2023-cü ildə nüvə qüvvələrinin maraqlarına uyğun tikintiyə diqqət yetirəcək - Şoyqu
Rusiya 2023-cü ildə nüvə qüvvələrinin maraqlarına uyğun tikintiyə diqqət yetirəcək - Şoyqu
Sputnik Azərbaycan
Rusiya müdafiə naziri bildirib ki, ayrılan büdcə vəsaitləri çərçivəsində tikintinin planlaşdırılmasına balanslaşdırılmış yanaşmanın qorunması, silah və hərbi... 30.11.2022, Sputnik Azərbaycan
2022-11-30T14:39+0400
2022-11-30T14:39+0400
2022-11-30T14:39+0400
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
rusiyanın müdafiə naziri sergey şoyqu
silah
nüvə
https://cdnn1.img.sputnik.az/img/07e6/09/15/446297547_0:0:1255:705_1920x0_80_0_0_b987321200e80839cc21b81cc1595bd8.jpg
BAKI, 30 noyabr — Sputnik. Rusiya Müdafiə Nazirliyi gələn il nüvə qüvvələrinin maraqları naminə əsaslı tikintiyə xüsusi diqqət yetirəcək. Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Müdafiə Nazirliyinin kollegiya iclasında bildirib."2023-cü il üçün əsaslı tikinti layihələrinin siyahısı hazırlanarkən strateji nüvə qüvvələrinin maraqlarına uyğun tikintiyə xüsusi diqqət yetiriləcək", - Şoyqu bildirib.Onun sözlərinə görə, ayrılan büdcə vəsaitləri çərçivəsində tikintinin planlaşdırılmasına balanslaşdırılmış yanaşmanın qorunması, silah və hərbi texnikanın təchizatı ilə eyni vaxtda infrastruktur obyektlərinin istifadəyə verilməsi vacibdir.Qismən səfərbərlikRusiyanın müdafiə naziri qeyd edib ki, qismən səfərbərlik çərçivəsində çağırılan ehtiyatda olan hərbçilərin hazırlığına 3 minə yaxın təlimatçı cəlb olunub."Yeni hərbi birləşmələrin döyüş hazırlığına 3000-ə yaxın təlimatçı cəlb olunub, ölkəmizin və Belarus Respublikası ərazisindəki yüzdən çox poliqon bu prosesə cəlb olunub. İki ay ərzində könüllülər də daxil olmaqla 300 mindən çox ehtiyatda olan hərbçi təlim keçib. ", - Şoyqu bildirib.O, bildirib ki, təlim mərkəzlərində 8000-ə yaxın döyüş maşını və tank heyəti, artilleriya sistemlərinin ekipajları, hava hücumundan müdafiə sistemləri, pilotsuz uçuş aparatları və elektron döyüş sistemləri, texniki rabitə vasitələri hazırlanıb."Hərbçilər həm müstəqil surətdə, həm də bölmələrin tərkibində döyüş və xüsusi tapşırıqların uğurla yerinə yetirilməsi üçün zəruri olan bilik və bacarıqlara yiyələniblər", - nazir əlavə edib.Silahlardan istifadənin sınaqdan keçirilməsiRusiya Müdafiə Nazirliyinin rəhbəri bildirib ki, Rusiya Silahlı Qüvvələri xüsusi hərbi əməliyyat zamanı raket qoşunları və artilleriyadan döyüş istifadəsinin yeni üsullarını sınaqdan keçirir."Düşmənin atəşlə effektiv şəkildə məhv edilməsi hərbi əməliyyatların uğurunun mühüm tərkib hissəsidir. Bunda mühüm rol raket qoşunlarına və artilleriyaya verilir. Xüsusi əməliyyat zamanı onlardan istifadənin yeni üsulları sınaqdan keçirilir", - Şoyqu bildirib.O vurğulayıb ki, bu, ilk növbədə, kəşfiyyat və zərbə atəşi sistemlərinin, o cümlədən pilotsuz uçuş aparatlarının, eləcə də müasir və qabaqcıl silahların tətbiqinə aiddir.Nazirin sözlərinə görə, xüsusi hərbi əməliyyat təcrübəsi nəzərə alınaraq, düşmənin atəşlə məhv edilməsinin əsas vəzifələrindən biri kimi əks-batareya döyüşü də təkmilləşdirilir."Onun həyata keçirilməsində uzaqmənzilli "Tornado-S" raket artilleriya sistemləri və yüksək güclü "Malka" artilleriya sistemləri iştirak edir. Bu, xarici raket və artilleriya sistemlərini effektiv şəkildə vurmağa imkan verir", - Şoyqu bildirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/15/446297547_0:0:1113:835_1920x0_80_0_0_74af6d822f07ad885e6c1597cd790d24.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiyanın müdafiə naziri sergey şoyqu, silah, nüvə
rusiyanın müdafiə naziri sergey şoyqu, silah, nüvə
Rusiya 2023-cü ildə nüvə qüvvələrinin maraqlarına uyğun tikintiyə diqqət yetirəcək - Şoyqu
Rusiya müdafiə naziri bildirib ki, ayrılan büdcə vəsaitləri çərçivəsində tikintinin planlaşdırılmasına balanslaşdırılmış yanaşmanın qorunması, silah və hərbi texnikanın təchizatı ilə eyni vaxtda infrastruktur obyektlərinin istifadəyə verilməsi vacibdir.
BAKI, 30 noyabr — Sputnik. Rusiya Müdafiə Nazirliyi gələn il nüvə qüvvələrinin maraqları naminə əsaslı tikintiyə xüsusi diqqət yetirəcək. Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Müdafiə Nazirliyinin kollegiya iclasında bildirib.
"2023-cü il üçün əsaslı tikinti layihələrinin siyahısı hazırlanarkən strateji nüvə qüvvələrinin maraqlarına uyğun tikintiyə xüsusi diqqət yetiriləcək", - Şoyqu bildirib.
Onun sözlərinə görə, ayrılan büdcə vəsaitləri çərçivəsində tikintinin planlaşdırılmasına balanslaşdırılmış yanaşmanın qorunması, silah və hərbi texnikanın təchizatı ilə eyni vaxtda infrastruktur obyektlərinin istifadəyə verilməsi vacibdir.
Rusiyanın müdafiə naziri qeyd edib ki, qismən səfərbərlik çərçivəsində çağırılan ehtiyatda olan hərbçilərin hazırlığına 3 minə yaxın təlimatçı cəlb olunub.
"Yeni hərbi birləşmələrin döyüş hazırlığına 3000-ə yaxın təlimatçı cəlb olunub, ölkəmizin və Belarus Respublikası ərazisindəki yüzdən çox poliqon bu prosesə cəlb olunub. İki ay ərzində könüllülər də daxil olmaqla 300 mindən çox ehtiyatda olan hərbçi təlim keçib. ", - Şoyqu bildirib.
O, bildirib ki, təlim mərkəzlərində 8000-ə yaxın döyüş maşını və tank heyəti, artilleriya sistemlərinin ekipajları, hava hücumundan müdafiə sistemləri, pilotsuz uçuş aparatları və elektron döyüş sistemləri, texniki rabitə vasitələri hazırlanıb.
"Hərbçilər həm müstəqil surətdə, həm də bölmələrin tərkibində döyüş və xüsusi tapşırıqların uğurla yerinə yetirilməsi üçün zəruri olan bilik və bacarıqlara yiyələniblər", - nazir əlavə edib.
Silahlardan istifadənin sınaqdan keçirilməsi
Rusiya Müdafiə Nazirliyinin rəhbəri bildirib ki, Rusiya Silahlı Qüvvələri xüsusi hərbi əməliyyat zamanı raket qoşunları və artilleriyadan döyüş istifadəsinin yeni üsullarını sınaqdan keçirir.
"Düşmənin atəşlə effektiv şəkildə məhv edilməsi hərbi əməliyyatların uğurunun mühüm tərkib hissəsidir. Bunda mühüm rol raket qoşunlarına və artilleriyaya verilir. Xüsusi əməliyyat zamanı onlardan istifadənin yeni üsulları sınaqdan keçirilir", - Şoyqu bildirib.
O vurğulayıb ki, bu, ilk növbədə, kəşfiyyat və zərbə atəşi sistemlərinin, o cümlədən pilotsuz uçuş aparatlarının, eləcə də müasir və qabaqcıl silahların tətbiqinə aiddir.
Nazirin sözlərinə görə, xüsusi hərbi əməliyyat təcrübəsi nəzərə alınaraq, düşmənin atəşlə məhv edilməsinin əsas vəzifələrindən biri kimi əks-batareya döyüşü də təkmilləşdirilir.
"Onun həyata keçirilməsində uzaqmənzilli "Tornado-S" raket artilleriya sistemləri və yüksək güclü "Malka" artilleriya sistemləri iştirak edir. Bu, xarici raket və artilleriya sistemlərini effektiv şəkildə vurmağa imkan verir", - Şoyqu bildirib.