https://sputnik.az/20221130/putin-rusiyada-yoxsulluq-seviyyesi-ucuncu-rubde-105-e-dusub-449133865.html
Putin: Rusiyada yoxsulluq səviyyəsi üçüncü rübdə 10,5%-ə düşüb
Putin: Rusiyada yoxsulluq səviyyəsi üçüncü rübdə 10,5%-ə düşüb
Sputnik Azərbaycan
Rusiya prezidenti bildirib ki, gələn il Rusiyada inflyasiya azalacaq, bütün sektorlarda maaşların artırılmasına nail olmaq lazımdır. 30.11.2022, Sputnik Azərbaycan
2022-11-30T16:58+0400
2022-11-30T16:58+0400
2022-11-30T16:58+0400
rusiya prezidenti vladimir putin
rusiya
rusiya
yoxsulluq səviyyəsi
https://cdnn1.img.sputnik.az/img/07e6/09/14/446276588_0:0:2823:1589_1920x0_80_0_0_9c9a135e24ea8fe90dae7b8f55efee3c.jpg
BAKI, 30 noyabr — Sputnik. Üçüncü rübün nəticələrinə görə, Rusiya Federasiyasında yoxsulluğun səviyyəsi 10,5%-ə qədər azalıb, bu müsbət tendensiya qorunmalıdır. Bunu hökumətin iclasında Rusiya Prezidenti Vladimir Putin bildirib."Üçüncü rübün nəticələrinə görə, yoxsulluğun səviyyəsi 10,5%-ə düşüb. Bir il əvvəl üçüncü rübdə bu, 11% olub. Deməli, azalma doğrudan da azdır. Amma indiki çətin iqtisadi şəraitdə vəziyyətin belə müəyyən müsbət tendensiyasının olması vacibdir. Dövlət tərəfindən ünvanlı dəstək hesabına əhalinin az təminatlı hissəsinin gəlirləri artır. Ötən ilin üçüncü rübü ilə müqayisədə onlar 27,8% artıb. Ümumilikdə, bu ilin 9 ayında gəlirlərdə nominal artım 8 faizdir. Lakin bu, nominaldır və əvvəldə dediyim kimi, biz real artıma nail olmalıyıq və bunu qorumaq lazımdır", - deyə Putin qeyd edib.O əlavə edib ki, bu il hökumət yoxsulluğu və bərabərsizliyi azaltmaq üçün bir sıra mühüm qərarlar qəbul edib, o cümlədən bura 8-17 yaşlı uşaqları olan ailələrə aylıq ödənişlərin aprelin 1-dən uzadılması daxildir.Rusiya prezidenti bildirib ki, gələn il Rusiyada inflyasiya azalacaq, bütün sektorlarda maaşların artırılmasına nail olmaq lazımdır:Onun sözlərinə görə, bütün əsas sektorlar üzrə iqtisadiyyatda əməkhaqqılarının artırılmasına nail olmaq lazımdır:"Burada dövlət sektorunda əməkhaqqının artırılmasını təmin etmək üçün dövlətin rolu əsaslı şəkildə əhəmiyyətlidir. Statistikaya görə, bu il bütövlükdə iqtisadiyyatda maaşlar proqnozlardan bir qədər yüksəkdir. Buna uyğun olaraq dövlət sektorunda da müqayisə edilə bilən dinamika olmalıdır. Mən bu gün burada işlərin necə getdiyini eşitməyi səbirsizliklə gözləyirəm. Həm də hansı müddət ərzində maaşlar daha da indeksləşdiriləcək. Biz iqtisadiyyatda bütün əsas sənaye sahələrində əməkhaqqının artırılmasına nail olmalıyıq".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/14/446276588_92:0:2823:2048_1920x0_80_0_0_f99c0c5127d84456ce0205033cc44835.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya prezidenti vladimir putin, rusiya, yoxsulluq səviyyəsi
rusiya prezidenti vladimir putin, rusiya, yoxsulluq səviyyəsi
Putin: Rusiyada yoxsulluq səviyyəsi üçüncü rübdə 10,5%-ə düşüb
Rusiya prezidenti bildirib ki, gələn il Rusiyada inflyasiya azalacaq, bütün sektorlarda maaşların artırılmasına nail olmaq lazımdır.
BAKI, 30 noyabr — Sputnik. Üçüncü rübün nəticələrinə görə, Rusiya Federasiyasında yoxsulluğun səviyyəsi 10,5%-ə qədər azalıb, bu müsbət tendensiya qorunmalıdır. Bunu hökumətin iclasında Rusiya Prezidenti Vladimir Putin bildirib.
"Üçüncü rübün nəticələrinə görə, yoxsulluğun səviyyəsi 10,5%-ə düşüb. Bir il əvvəl üçüncü rübdə bu, 11% olub. Deməli, azalma doğrudan da azdır. Amma indiki çətin iqtisadi şəraitdə vəziyyətin belə müəyyən müsbət tendensiyasının olması vacibdir. Dövlət tərəfindən ünvanlı dəstək hesabına əhalinin az təminatlı hissəsinin gəlirləri artır. Ötən ilin üçüncü rübü ilə müqayisədə onlar 27,8% artıb. Ümumilikdə, bu ilin 9 ayında gəlirlərdə nominal artım 8 faizdir. Lakin bu, nominaldır və əvvəldə dediyim kimi, biz real artıma nail olmalıyıq və bunu qorumaq lazımdır", - deyə Putin qeyd edib.
O əlavə edib ki, bu il hökumət yoxsulluğu və bərabərsizliyi azaltmaq üçün bir sıra mühüm qərarlar qəbul edib, o cümlədən bura 8-17 yaşlı uşaqları olan ailələrə aylıq ödənişlərin aprelin 1-dən uzadılması daxildir.
Rusiya prezidenti bildirib ki, gələn il Rusiyada inflyasiya azalacaq, bütün sektorlarda maaşların artırılmasına nail olmaq lazımdır:
"Belə tendensiyaları gücləndirmək, vətəndaşların gəlirlərinin artımının inflyasiya səviyyəsini davamlı üstələməsinə nail olmaq vacibdir. Çox ümid edirəm ki, gələn ilin birinci rübündə inflyasiya azalacaq".
Onun sözlərinə görə, bütün əsas sektorlar üzrə iqtisadiyyatda əməkhaqqılarının artırılmasına nail olmaq lazımdır:
"Burada dövlət sektorunda əməkhaqqının artırılmasını təmin etmək üçün dövlətin rolu əsaslı şəkildə əhəmiyyətlidir. Statistikaya görə, bu il bütövlükdə iqtisadiyyatda maaşlar proqnozlardan bir qədər yüksəkdir. Buna uyğun olaraq dövlət sektorunda da müqayisə edilə bilən dinamika olmalıdır. Mən bu gün burada işlərin necə getdiyini eşitməyi səbirsizliklə gözləyirəm. Həm də hansı müddət ərzində maaşlar daha da indeksləşdiriləcək. Biz iqtisadiyyatda bütün əsas sənaye sahələrində əməkhaqqının artırılmasına nail olmalıyıq".