Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Polkovnik Makqreqor: Ukrayna Rusiya qarşısında gücsüzdür

© Sputnik / Виктор Антонюк / Mediabanka keçidUkrayna ordusunun məhv edilmiş tankı, arxiv şəkli
Ukrayna ordusunun məhv edilmiş tankı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 30.11.2022
Xəbərlərə abunə olun
НовостиTelegram
Duqlas Makqreqor hesab edir ki, Kiyev heç vaxt Moskvaya qalib gələ bilməz.
BAKI, 30 noyabr — Sputnik. ABŞ Prezidenti Co Baydenin administrasiyası Amerika vətəndaşlarına Ukraynadakı münaqişə ilə bağlı həqiqəti söyləmək istəməməklə bağışlanmaz günaha yol verir. Bunu ABŞ ordusunun istefada olan polkovniki Duqlas Makqreqor deyib.
"Həqiqətlə üzləşmək lazımdır - Ukrayna qalib gəlmir və heç vaxt qalib gələ bilməyəcək. Rusiya müdafiəsinə qarşı edilən mənasız hücumlar nəticəsində aylarla verilən ağır itkilər Ukrayna Silahlı Qüvvələrini əhəmiyyətli dərəcədə zəiflədib", - deyə polkovnik qeyd edib.
Makqreqorun fikrincə, ABŞ öz qüvvələrini şişirtməklə və Rusiyanın strateji üstünlüklərinə məhəl qoymamaqla kobud səhvə yol verib.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Rusiya Ukrayna ilə danışıqları davam etdirməyə hazırdır, danışıqlar prosesinin dondurulması Kiyev tərəfindən irəli sürülüb. Eyni zamanda Ukrayna lideri Vladimir Zelenski Rusiya ilə Ukrayna arasında heç bir "Minsk-3"ün olmayacağını bildirib. O, münaqişənin "ədalətli, BMT Nizamnaməsi və beynəlxalq hüquq əsasında" başa çatmasına imkan verəcək bir sıra tələblər irəli sürüb.
Xəbər lenti
0