QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

“Mardakert” yox, AĞDƏRƏ! "Martuni" yox, XOCAVƏND! - Müdafiə Nazirliyi

© Sputnik / Mediabanka keçidErməni işğalı altında olan Ağdərə şəhəri, arxiv şəkli
Erməni işğalı altında olan Ağdərə şəhəri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 30.11.2022
Abunə olmaq
Müraciətdə bildirilir ki, Rusiya Federasiyasının sülhməramlı kontingentinin 30.11.2022-ci il tarixli rəsmi məlumatında "Dağlıq Qarabağ ərazisi" kimi qeyd olunan ərazi Qarabağ iqtisadi rayonudur.
BAKI, 30 noyabr - Sputnik. Müdafiə Nazirliyi Rusiya Federasiyasının sülhməramlı kontingentinə növbəti dəfə müraciət edib. Müraciətin mətni nazirliyin internet saytında yerləşdirilib.
Müraciətdə təəssüflə qeyd edilir ki, Rusiya Federasiyasının sülhməramlı kontingenti Nazirliyin müraciətlərinə hələ də etinasız yanaşır:
"Azərbaycan Respublikası ərazisindəki yaşayış məntəqələrimizin adlarının uydurma erməni toponimləri ilə qeyd olunması, o cümlədən "Dağlıq Qarabağ ərazisi" ifadəsinin işlənməsinin yolverilməz olduğunu bir daha xatırladırıq".
Daha sonra Azərbaycan Müdafiə nazirliyi bir daha Rusiya Federasiyasının sülhməramlı kontingentini rəsmi məlumatlarında qeyd edilən yanlış ifadələrdən istifadə etməməyə çağırıb:
"Bir daha israrla bildiririk ki, Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəsmi internet səhifəsində dərc olunan Rusiya Federasiyasının sülhməramlı kontingentinin 30.11.2022-ci il tarixli rəsmi məlumatında "Dağlıq Qarabağ ərazisi" kimi qeyd olunan ərazi Qarabağ iqtisadi rayonudur, “Mardakert” və "Martuni" kimi adlandırılan Azərbaycan yaşayış məntəqələrinin rəsmi adları isə müvafiq olaraq AĞDƏRƏ və XOCAVƏNDDİR".
Xəbər lenti
0