Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakıda saxta spirtli içkilərin satışı aşkarlanıb - FOTO

© Sputnik / Алексей МальгавкоMağazada spirtli içki satışı
Mağazada spirtli içki satışı - Sputnik Azərbaycan, 1920, 30.11.2022
Abunə olmaq
Müayinələrin aparılması üçün məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.
BAKI, 30 noyabr — Sputnik. Bakıda saxta spirtli içkilərin satışının həyata keçirildiyi aşkar olunub. Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildiriblər ki, saxtalaşdırılmış spirtli içkilərin satışının həyata keçirilməsi ilə bağlı daxil olan müraciət əsasında, Bakı şəhəri, Xətai rayonu, G.S.Mehmandarov küçəsində fəaliyyət göstərən, fiziki şəxs Həmidli Aqşin Ceyhun oğluna məxsus "Wine House" şərab evində Agentlik əməkdaşları tərəfindən araşdırma aparılıb.
Yoxlama zamanı ticarət obyektinin vitrinində 2 ədəd 1l-lik "Absolut Vodka", 2 ədəd 0,7 ml-lik "Neft Vodka", 3 ədəd 0,7 ml-lik "Nemiroff Vodka Delikat", 1 ədəd 1l-lik "Nemiroff Vodka Delikat", 2 ədəd 0,7 ml-lik "Nemiroff Vodka Original", 2 ədəd 1l-lik "Nemiroff Vodka Original", 1 ədəd 0,5 ml-lik "Nemiroff Vodka Original" və 1 ədəd 1l-lik "Nemiroff Vodka Wheat" əmtəə nişanlı saxta araq məhsulları aşkar edilib.
Faktla bağlı sözügedən məhsullar dövriyyədən çıxarılıb və satışının qarşısı alınıb. Müayinələrin aparılması üçün məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.
Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.
Onu da xatırladaq ki, kustar üsullarla saxta spirtli içkilərin hazırlanmasında istifadə edilən və istehlakçıların zəhərlənməsinə səbəb olan metil (metanol) spirti texniki, sənaye spirtidir və onun qida kimi istifadə olunması yolverilməzdir. Metanol qanunsuz olaraq aşağı keyfiyyətli və saxtalaşdırılma üsulu ilə alkoqollu içkilərin hazırlanmasında istifadə olunur.
Bu zaman istehlakçılar güclü zəhərlənmə halları, hətta ölüm təhlükəsi ilə üzləşə bilər. Metil spirtinin az miqdarda qəbulu belə orqanizmdə çox ciddi fəsadlara səbəb olur. Nəticədə mərkəzi sinir və mədə-bağırsaq sistemi, xüsusilə gözün torlu qişasını zədələməklə görmə ilə əlaqədar olan ağır fəsadlar yaradır.
Metil spirtini rənginə, qoxusuna və ya dadına görə fərqləndirmək çox çətindir. Bu maddə və onun törəmələri qeyri-qida sənayesində, xüsusilə kimya, əczaçılıq, eləcə də boya və həlledicilərin istehsalında istifadə olunur. Bu kimi qida üçün nəzərdə tutulmayan, insan sağlamlığına təhlükə yaradan maddələrin qida məhsullarının hazırlanmasında istifadə olunması qəti şəkildə yolverilməzdir.
Xəbər lenti
0