Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

ABŞ strateji hücum silahlarının yoxlanması ilə bağlı maneələri aradan qaldıracaqmı?

© Sputnik / Нина ЗотинаRusiya Xarici İşlər Nazirliyinin "Nüvə silahlarının yayılmaması və silahlara nəzarət Departamenti"nin direktoru Vladimir Yermakov
Rusiya Xarici İşlər Nazirliyinin Nüvə silahlarının yayılmaması və silahlara nəzarət Departamentinin direktoru Vladimir Yermakov - Sputnik Azərbaycan, 1920, 30.11.2022
Abunə olmaq
Rusiyanın "Nüvə silahlarının yayılmaması və silahlara nəzarət Departamenti"nin direktoru qeyd edib ki, Moskva bu sahədə mövcud olan bütün problemlər üzərində işi dayandırmayıb.
BAKI, 30 noyabr — Sputnik. ABŞ-ın "Strateji hücum silahlarının azaldılması haqqında Müqavilə" (SHSAM) çərçivəsində yoxlamaları bərpa etmək üçün maneələri aradan qaldırmağa hazırlıq dərəcəsini qiymətləndirmək hələ tezdir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin "Nüvə silahlarının yayılmaması və silahlara nəzarət Departamenti"nin direktoru Vladimir Yermakov "RİA Novosti"yə müsahibəsində deyib.
Bir neçə gün əvvəl Rusiya ABŞ-ı Müqavilə üzrə İkitərəfli məşvərət komissiyasının noyabrın 29-dan Qahirədə keçirilməsi planlaşdırılan sessiyasını daha gec tarixə dekabrın 6-a keçirilməsi barədə məlumatlandırıb.
© Photo : Northern Fleet Press Service / Mediabanka keçidBallistik raketin buraxılışı
Rusiyada Bulava (Toppuz) adlı ballistik raketin Knyaz Vladimir sualtı strateji kreyserdən buraxılması - Sputnik Azərbaycan, 1920, 30.11.2022
Ballistik raketin buraxılışı
"Biz ABŞ-ın həm COVİD-19 ilə bağlı obyektiv, həm də Vaşinqtonun düşmənçilik hərəkətləri nəticəsində SHSAM təftiş fəaliyyətlərinin bərpasına yaradılmış maneələri aradan qaldırmağa hazır olub-olmadığını qiymətləndirməyi hələ vaxtından əvvəl hesab edirik", - deyə Yermakov bildirib.
O qeyd edib ki, Moskva "bu sahədə mövcud və heç də az olmayan bütün problemlərin spektrləri üzərində işləməyi" dayandırmayıb.
"Lakin biz ABŞ-ın hərəkətlərinin əlavə çətinliklərə səbəb olmayacağına əmin deyilik", - deyə Yermakov bildirib.
Xəbər lenti
0