Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Valeri Zorkin: Konstitusiyaya edilən dəyişiklik ölüm hökmünün bərpası üçün əsas ola bilər

© Sputnik / POOL / Mediabanka keçidValeri Zorkin
Valeri Zorkin - Sputnik Azərbaycan, 1920, 29.11.2022
Abunə olmaq
Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin sədri bildirib ki, Rusiya Federasiyasının vətəndaşları ölüm hökmünə məhkum edilməmək hüququ əldə ediblər.
BAKI, 29 noyabr — Sputnik. Rusiya Federasiyasında ölüm hökmünün qaytarılması yalnız Konstitusiyaya dəyişiklik etməklə mümkündür, lakin hazırda belə şərtlər yoxdur.
Bu barədə çərşənbə axşamı Moskvada keçirilən 10-cu Ümumrusiya Hakimlər Konqresində çıxış edən Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin sədri Valeri Zorkin bildirib.
"Yalnız Konstitusiyaya edilən dəyişiklik ölüm hökmünün bərpası üçün əsas ola bilər. Demək istəyirəm ki, biz Konstitusiya Məhkəməsinin qərarını diqqətlə oxumalıyıq. Rusiyada konstitusiya-hüquq rejimi formalaşıb. Ona görə Rusiya Federasiyasının vətəndaşları ölüm hökmünə məhkum edilməmək hüququ əldə ediblər", - deyən o bildirib.
Hazırda Rusiya Federasiyası ölüm cəzasının cəza növü kimi tətbiqinə moratorium qoyub.
Xəbər lenti
0