https://sputnik.az/20221129/sanksiyalar-rusiyaya-nece-tesir-edib-misustin-aciqladi-449097065.html
Sanksiyalar Rusiyaya necə təsir edib? Mişustin açıqladı
Sanksiyalar Rusiyaya necə təsir edib? Mişustin açıqladı
Sputnik Azərbaycan
Rusiyanın Baş naziri bildirib ki, sanksiyalar Rusiya maliyyə sisteminin sabitliyini pozmayıb və makroiqtisadi sabitliyə təsir etməyib. 29.11.2022, Sputnik Azərbaycan
2022-11-29T19:52+0400
2022-11-29T19:52+0400
2022-11-29T19:59+0400
mixail mişustin
rusiya
putin
rusiya prezidenti vladimir putin
vladimir putin
https://cdnn1.img.sputnik.az/img/07e5/08/1e/427813216_0:0:2957:1663_1920x0_80_0_0_72881bc478727eec4bcace43498c946a.jpg
BAKI, 29 noyabr — Sputnik. Rusiyanın maliyyə sistemi sabit qalıb, sanksiyalara baxmayaraq, ölkədə makroiqtisadi sabitlik qorunub saxlanılıb.Bunu Rusiya Baş naziri Mixail Mişustin çərşənbə axşamı hökumətin iclasında deyib."Gündəlikdə olan məsələ bu ilin 9 ayı üzrə federal büdcənin icrası ilə bağlıdır. Çətinliklərə baxmayaraq, onun əsas göstəriciləri üzrə balans qorunub. Sanksiyalar Rusiya maliyyə sisteminin sabitliyini pozmayıb və makroiqtisadi sabitliyə təsir etməyib", - deyə baş nazir qeyd edib.Mişustinin sözlərinə görə, hadisələrin mənfi ssenarilər üzrə inkişafının qarşısını almaq mümkün olub: "Görülən sistemli tədbirlər iqtisadiyyatda vəziyyəti sabitləşdirməyə, müəssisələrin və bütöv sənaye sahələrinin fəaliyyətini dəstəkləməyə, regionlarda iş yerlərini qorumağa imkan verib".Xatırladaq ki, cari ilin aprelində neft-qaz sektorunda vəziyyətlə bağlı keçirilən müşavirədə Rusiya Prezidenti Vladimir Putin xarici ticarətdə milli valyutalarla ödənişlərin payını köklü şəkildə artırmaq niyyətində olduğunu bəyan edib və Rusiya valyuta bazarını buna hazırlamağı tapşırıb.Rusiya liderinin sözlərinə görə, əmin olmaq lazımdır ki, istənilən xarici valyuta sərbəst və lazımi miqdarda rubla dəyişdirilə bilsin. Prezident bildirib ki, etibarsız və özünü doğrultmamış valyutaların rədd edilməsi ölkənin iqtisadi və maliyyə təhlükəsizliyi üçün vacibdir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/1e/427813216_0:0:2731:2048_1920x0_80_0_0_acd6ff8dfce9fecd9ae9092859172f97.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
mixail mişustin, putin, rusiya prezidenti vladimir putin, vladimir putin
mixail mişustin, putin, rusiya prezidenti vladimir putin, vladimir putin
Sanksiyalar Rusiyaya necə təsir edib? Mişustin açıqladı
19:52 29.11.2022 (Yenilənib: 19:59 29.11.2022) Rusiyanın Baş naziri bildirib ki, sanksiyalar Rusiya maliyyə sisteminin sabitliyini pozmayıb və makroiqtisadi sabitliyə təsir etməyib.
BAKI, 29 noyabr — Sputnik. Rusiyanın maliyyə sistemi sabit qalıb, sanksiyalara baxmayaraq, ölkədə makroiqtisadi sabitlik qorunub saxlanılıb.
Bunu Rusiya Baş naziri Mixail Mişustin çərşənbə axşamı hökumətin iclasında deyib.
"Gündəlikdə olan məsələ bu ilin 9 ayı üzrə federal büdcənin icrası ilə bağlıdır. Çətinliklərə baxmayaraq, onun əsas göstəriciləri üzrə balans qorunub. Sanksiyalar Rusiya maliyyə sisteminin sabitliyini pozmayıb və makroiqtisadi sabitliyə təsir etməyib", - deyə baş nazir qeyd edib.
Mişustinin sözlərinə görə, hadisələrin mənfi ssenarilər üzrə inkişafının qarşısını almaq mümkün olub: "Görülən sistemli tədbirlər iqtisadiyyatda vəziyyəti sabitləşdirməyə, müəssisələrin və bütöv sənaye sahələrinin fəaliyyətini dəstəkləməyə, regionlarda iş yerlərini qorumağa imkan verib".
Xatırladaq ki, cari ilin aprelində neft-qaz sektorunda vəziyyətlə bağlı keçirilən müşavirədə Rusiya Prezidenti Vladimir Putin xarici ticarətdə milli valyutalarla ödənişlərin payını köklü şəkildə artırmaq niyyətində olduğunu bəyan edib və Rusiya valyuta bazarını buna hazırlamağı tapşırıb.
Rusiya liderinin sözlərinə görə, əmin olmaq lazımdır ki, istənilən xarici valyuta sərbəst və lazımi miqdarda rubla dəyişdirilə bilsin. Prezident bildirib ki, etibarsız və özünü doğrultmamış valyutaların rədd edilməsi ölkənin iqtisadi və maliyyə təhlükəsizliyi üçün vacibdir.