https://sputnik.az/20221129/ryabkov-rusiya-ve-abs-raziliga-gele-bilmeyib-449104054.html
Ryabkov: "Rusiya və ABŞ razılığa gələ bilməyib"
Ryabkov: "Rusiya və ABŞ razılığa gələ bilməyib"
Sputnik Azərbaycan
Rusiya xarici işlər nazirinin müavini bildirib ki, bu ilin sonuna qədər Rusiya Federasiyası və ABŞ-ın START üzrə ikitərəfli komissiyasının iclasının baş... 29.11.2022, Sputnik Azərbaycan
2022-11-29T20:35+0400
2022-11-29T20:35+0400
2022-11-29T20:35+0400
sergey ryabkov
rusiya
rusiya xarici işlər nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e5/06/02/427104665_0:0:2920:1643_1920x0_80_0_0_db9adea480ab81ffb717708e8f687315.jpg
BAKI, 29 noyabr — Sputnik. Amerika Birləşmiş Ştatları Rusiyanın prioritetləri və məlumatları ilə hesablaşmaq istəməyib, Moskvanın Strateji Hücum Silahları Müqaviləsi (START) üzrə ikitərəfli komissiyanı ləğv etməkdən başqa yolu qalmayıb. Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.Onun sözlərinə görə, tərəflər komissiyanın iş proqramı ilə bağlı tam razılığa gəlməyiblər.“Biz elə bir vəziyyətlə üzləşdik ki, bir sıra sahələrdə amerikalı həmkarlarımız nəinki məlumatlarımızı qəbul etmək, prioritetlərimizi nəzərə almaq istəmədiklərini nümayiş etdirdilər, əks istiqamətdə hərəkət etdilər. Biz STRAT üzrə ikitərəfli məşvərət komissiyasının iş proqramını tam razılaşdırmamışıq.Ryabkov bildirib ki, bir müddət sonra Moskva Vaşinqtona START komissiyasının iclası üçün yeni tarixlər təklif edəcək, lakin bu, bir gecədə baş verməyəcək."Bir müddət sonra biz amerikalılara yeni tarixlər təklif edəcəyik, lakin bu, birdən-birə baş verməyəcək. Bu ilin sonuna qədər Rusiya Federasiyası və ABŞ-ın START üzrə ikitərəfli komissiyasının iclasının baş tutacağı ehtimalı azdır", - o, jurnalistlərə deyib.Qeyd edək ki, Rusiya ilə ABŞ arasında 2010-cu ildə imzalanmış və 2011-ci ildən qüvvəyə minən Yeni Strateji Silahların Azaldılması Sazişinin (Yeni START) icrası və nəzarəti ilə bağlı 29 noyabr-6 dekabr tarixləri arasında Misirin paytaxtı Qahirədə keçirilməsi planlaşdırılan təftiş iclası təxirə salınıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/02/427104665_191:0:2920:2047_1920x0_80_0_0_5db0479b10b669628490af572380a987.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
sergey ryabkov, rusiya xarici işlər nazirliyi
sergey ryabkov, rusiya xarici işlər nazirliyi
Ryabkov: "Rusiya və ABŞ razılığa gələ bilməyib"
Rusiya xarici işlər nazirinin müavini bildirib ki, bu ilin sonuna qədər Rusiya Federasiyası və ABŞ-ın START üzrə ikitərəfli komissiyasının iclasının baş tutacağı ehtimalı azdır.
BAKI, 29 noyabr — Sputnik. Amerika Birləşmiş Ştatları Rusiyanın prioritetləri və məlumatları ilə hesablaşmaq istəməyib, Moskvanın Strateji Hücum Silahları Müqaviləsi (START) üzrə ikitərəfli komissiyanı ləğv etməkdən başqa yolu qalmayıb. Bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
Onun sözlərinə görə, tərəflər komissiyanın iş proqramı ilə bağlı tam razılığa gəlməyiblər.
“Biz elə bir vəziyyətlə üzləşdik ki, bir sıra sahələrdə amerikalı həmkarlarımız nəinki məlumatlarımızı qəbul etmək, prioritetlərimizi nəzərə almaq istəmədiklərini nümayiş etdirdilər, əks istiqamətdə hərəkət etdilər. Biz STRAT üzrə ikitərəfli məşvərət komissiyasının iş proqramını tam razılaşdırmamışıq.
Ryabkov bildirib ki, bir müddət sonra Moskva Vaşinqtona START komissiyasının iclası üçün yeni tarixlər təklif edəcək, lakin bu, bir gecədə baş verməyəcək.
"Bir müddət sonra biz amerikalılara yeni tarixlər təklif edəcəyik, lakin bu, birdən-birə baş verməyəcək. Bu ilin sonuna qədər Rusiya Federasiyası və ABŞ-ın START üzrə ikitərəfli komissiyasının iclasının baş tutacağı ehtimalı azdır", - o, jurnalistlərə deyib.
Qeyd edək ki, Rusiya ilə ABŞ arasında 2010-cu ildə imzalanmış və 2011-ci ildən qüvvəyə minən Yeni Strateji Silahların Azaldılması Sazişinin (Yeni START) icrası və nəzarəti ilə bağlı 29 noyabr-6 dekabr tarixləri arasında Misirin paytaxtı Qahirədə keçirilməsi planlaşdırılan təftiş iclası təxirə salınıb.