https://sputnik.az/20221129/qerb-kiyevin-hava-hucumundan-mudafie-raketlerinin-ehtiyatlarinin-tukendiyini-bildirib-449105102.html
Qərb Kiyevin hava hücumundan müdafiə raketlərinin ehtiyatlarının tükəndiyini bildirib
Qərb Kiyevin hava hücumundan müdafiə raketlərinin ehtiyatlarının tükəndiyini bildirib
Sputnik Azərbaycan
Təhlükəsizlik üzrə ekspert Manqott hesab edir ki, Kiyevin hava hücumundan müdafiə raketlərinin ehtiyatları tükənir. 29.11.2022, Sputnik Azərbaycan
2022-11-29T23:25+0400
2022-11-29T23:25+0400
2022-11-29T23:25+0400
kiyev
rusiya
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e6/03/02/439758471_0:119:2577:1569_1920x0_80_0_0_9f1a06eca9a899e3a218b4fae139f346.jpg
BAKI, 29 noyabr — Sputnik. Rusiya Silahlı Qüvvələrinin hərbi və enerji infrastruktur obyektlərinə kütləvi zərbələri fonunda Kiyevin hava hücumundan müdafiə sistemləri üçün raket ehtiyatları tükənir. Bunu avstriyalı müdafiə üzrə ekspert Gerhard Manqott Almaniyanın "Deutschlandfunk" nəşrinə verdiyi müsahibəsində bildirib."Rusiya Ukraynanın hava hücumundan müdafiə ehtiyatlarını tükəndirmək üçün infrastruktura kifayət qədər qanadlı və ballistik raketlərlə zərbələr endirir. Ukrayna yalnız bir hədəfi məhv etmək üçün çoxlu raketlərdən istifadə edir. Ona görə də onun önləmə təyyarələri tükənir", - deyə Manqott qeyd edib.Ekspertin fikrincə, Qərb belə bir təhlükə barədə əvvəlcədən düşünməli idi. İndi ukraynalı tərəfdaşlar artıq mövcud vəziyyətə reaksiya verməlidirlər.Bu yaxınlarda bildirilib ki, Almaniya Sosial Demokrat Partiyasının (ASDP) keçmiş rəhbəri Oskar Lafonten Ukraynada hər şeyin Vaşinqtonun planına uyğun getmədiyini bildirib, bunu Rusiya Silahlı Qüvvələrinin xüsusi əməliyyat zamanı əldə etdikləri uğurları sübut edir. ASDP-nin keçmiş rəhbəri əmindir ki, amerikalılar Rusiyanın gücünü düzgün qiymətləndirməyiblər, bunun da nəticəsində "dişlərini qırıblar".Xatırladaq ki, Ukrayna Hava Desant Qoşunlarının keçmiş komandanı, general-leytenant Mixail Zabrodski etiraf edib ki, Kiyev Krımın qaytarılması üçün 2023-cü ilə qədər həyata keçirilməsi planlaşdırılan əməliyyata hazırlaşır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/02/439758471_163:0:2414:1688_1920x0_80_0_0_efebf2b06efa39f70886cfb2559744a8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kiyev, ukrayna
Qərb Kiyevin hava hücumundan müdafiə raketlərinin ehtiyatlarının tükəndiyini bildirib
Təhlükəsizlik üzrə ekspert Manqott hesab edir ki, Kiyevin hava hücumundan müdafiə raketlərinin ehtiyatları tükənir.
BAKI, 29 noyabr — Sputnik. Rusiya Silahlı Qüvvələrinin hərbi və enerji infrastruktur obyektlərinə kütləvi zərbələri fonunda Kiyevin hava hücumundan müdafiə sistemləri üçün raket ehtiyatları tükənir. Bunu avstriyalı müdafiə üzrə ekspert Gerhard Manqott Almaniyanın "Deutschlandfunk" nəşrinə verdiyi müsahibəsində bildirib.
"Rusiya Ukraynanın hava hücumundan müdafiə ehtiyatlarını tükəndirmək üçün infrastruktura kifayət qədər qanadlı və ballistik raketlərlə zərbələr endirir. Ukrayna yalnız bir hədəfi məhv etmək üçün çoxlu raketlərdən istifadə edir. Ona görə də onun önləmə təyyarələri tükənir", - deyə Manqott qeyd edib.
Ekspertin fikrincə, Qərb belə bir təhlükə barədə əvvəlcədən düşünməli idi. İndi ukraynalı tərəfdaşlar artıq mövcud vəziyyətə reaksiya verməlidirlər.
Bu yaxınlarda bildirilib ki, Almaniya Sosial Demokrat Partiyasının (ASDP) keçmiş rəhbəri Oskar Lafonten Ukraynada hər şeyin Vaşinqtonun planına uyğun getmədiyini bildirib, bunu Rusiya Silahlı Qüvvələrinin xüsusi əməliyyat zamanı əldə etdikləri uğurları sübut edir. ASDP-nin keçmiş rəhbəri əmindir ki, amerikalılar Rusiyanın gücünü düzgün qiymətləndirməyiblər, bunun da nəticəsində "dişlərini qırıblar".
Xatırladaq ki, Ukrayna Hava Desant Qoşunlarının keçmiş komandanı, general-leytenant Mixail Zabrodski etiraf edib ki, Kiyev Krımın qaytarılması üçün 2023-cü ilə qədər həyata keçirilməsi planlaşdırılan əməliyyata hazırlaşır.