https://sputnik.az/20221129/putin-rusiya-cin-iqtisadi-emekdasliginin-esas-sahelerini-anlatdi-449104976.html
Putin Rusiya-Çin iqtisadi əməkdaşlığının əsas sahələrini anlatdı
Putin Rusiya-Çin iqtisadi əməkdaşlığının əsas sahələrini anlatdı
Sputnik Azərbaycan
Rusiya Prezidenti Vladimir Putin qeyd edib ki, ölkələr neft-qaz, kömür və elektrik enerjisi sektorlarında yüksək səviyyədə əlaqələri təmin edə biliblər. 29.11.2022, Sputnik Azərbaycan
2022-11-29T21:22+0400
2022-11-29T21:22+0400
2022-11-29T21:22+0400
putin
rusiya
rusiya prezidenti vladimir putin
vladimir putin
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/01/448100962_0:0:3073:1728_1920x0_80_0_0_6a61fe67e1e188f7e9b0bda26e58afaa.jpg
BAKI, 29 noyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Rusiya ilə Çin arasında əlaqələrin, xüsusən də enerji sektorunda inkişaf etdiyini qeyd edib."Növbəti, dördüncü Rusiya-Çin enerji biznes-forumunun açılışı münasibətilə sizi salamlayıram. Beynəlxalq vəziyyətin mürəkkəbliyinə baxmayaraq, Rusiya Federasiyası ilə Çin Xalq Respublikası arasında hərtərəfli tərəfdaşlıq və strateji qarşılıqlı əlaqələr yüksələn xətlə inkişaf etməkdə davam edir. Eyni zamanda, enerji daim iqtisadi əməkdaşlığımızın əsas və ən dinamik sahələrindən biri olaraq qalır", - deyə Putinin Rusiya-Çin enerji biznes-forumuna göndərdiyi teleqramda qeyd edilib.Putinin sözlərinə görə, ölkələr neft-qaz, kömür və elektrik enerjisi sektorlarında yüksək səviyyədə əlaqələri təmin edə biliblər. "Çində atom elektrik stansiyalarının tikintisi və Rusiyanın Arktikasında mayeləşdirilmiş təbii qazın istehsalı üzrə irimiqyaslı birgə layihələr planlı şəkildə həyata keçirilir", - deyə o, qeyd edib.Bundan əlavə, prezident enerji sahəsində əməkdaşlığın genişləndirilməsində biznes-forumun roluna diqqət çəkib. Forum iki ölkənin hökumət strukturlarının, aparıcı sənaye korporasiyalarının, bank strukturlarının və ekspert dairələrinin nümayəndələri arasında müntəzəm dialoqu təmin edir. Forumun fəaliyyətinin ən mühüm istiqaməti "Rusiya-Çin enerji əməkdaşlığının investisiya Atlası"nın yaradılmasıdır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/01/448100962_0:0:2731:2048_1920x0_80_0_0_d5ed28948480f7ef9f67ca6cc5493aac.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
putin, rusiya prezidenti vladimir putin, vladimir putin
putin, rusiya prezidenti vladimir putin, vladimir putin
Putin Rusiya-Çin iqtisadi əməkdaşlığının əsas sahələrini anlatdı
Rusiya Prezidenti Vladimir Putin qeyd edib ki, ölkələr neft-qaz, kömür və elektrik enerjisi sektorlarında yüksək səviyyədə əlaqələri təmin edə biliblər.
BAKI, 29 noyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Rusiya ilə Çin arasında əlaqələrin, xüsusən də enerji sektorunda inkişaf etdiyini qeyd edib.
"Növbəti, dördüncü Rusiya-Çin enerji biznes-forumunun açılışı münasibətilə sizi salamlayıram. Beynəlxalq vəziyyətin mürəkkəbliyinə baxmayaraq, Rusiya Federasiyası ilə Çin Xalq Respublikası arasında hərtərəfli tərəfdaşlıq və strateji qarşılıqlı əlaqələr yüksələn xətlə inkişaf etməkdə davam edir. Eyni zamanda, enerji daim iqtisadi əməkdaşlığımızın əsas və ən dinamik sahələrindən biri olaraq qalır", - deyə Putinin Rusiya-Çin enerji biznes-forumuna göndərdiyi teleqramda qeyd edilib.
Putinin sözlərinə görə, ölkələr neft-qaz, kömür və elektrik enerjisi sektorlarında yüksək səviyyədə əlaqələri təmin edə biliblər. "Çində atom elektrik stansiyalarının tikintisi və Rusiyanın Arktikasında mayeləşdirilmiş təbii qazın istehsalı üzrə irimiqyaslı birgə layihələr planlı şəkildə həyata keçirilir", - deyə o, qeyd edib.
Bundan əlavə, prezident enerji sahəsində əməkdaşlığın genişləndirilməsində biznes-forumun roluna diqqət çəkib. Forum iki ölkənin hökumət strukturlarının, aparıcı sənaye korporasiyalarının, bank strukturlarının və ekspert dairələrinin nümayəndələri arasında müntəzəm dialoqu təmin edir. Forumun fəaliyyətinin ən mühüm istiqaməti "Rusiya-Çin enerji əməkdaşlığının investisiya Atlası"nın yaradılmasıdır.