Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Ekspertlər Qərbin Rusiyanın işlərinə artan müdaxiləsindən danışdılar

© Sputnik / Алексей ДаничевMoskvaya mənzərə, arxiv şəkli
Moskvaya mənzərə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 29.11.2022
Abunə olmaq
Rusiyanın işlərinə müdaxilə mövzusu Elmi Şuranın milli təhlükəsizliyin daxili təhdidlərinin neytrallaşdırılması problemlərinə dair seksiya iclası zamanı qaldırılıb.
BAKI, 29 noyabr — Sputnik. Rusiya Təhlükəsizlik Şurasının ekspertləri xüsusi hərbi əməliyyat fonunda Qərbin Rusiyanın daxili işlərinə artan müdaxiləsi barədə məlumat veriblər.
Bu barədə Rusiya Təhlükəsizlik Şurasının rəsmi saytında qeyd edilib.
"Rusiya Təhlükəsizlik Şurasının ekspertləri milli təhlükəsizliyə təhdidlərin və yeni çağırışların yaranması ilə bağlı məsələləri müzakirə ediblər", - deyə Təhlükəsizlik Şurası bildirib.
Rusiyanın işlərinə müdaxilə mövzusu Elmi Şuranın milli təhlükəsizliyin daxili təhdidlərinin neytrallaşdırılması problemlərinə dair seksiya iclası zamanı qaldırılıb.
Eyni zamanda, bəzi xarici dövlətlərin Rusiyada sosial-siyasi vəziyyətin pozulmasına nail olmaq niyyətləri müəyyən olunub. Bunun üçün millətçi və digər sağçı radikal strukturlar cəlb olunub.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Hərbi əməliyyat keçirilməsi qərarı ABŞ və onun müttəfiqləri tərəfindən Rusiyaya qarşı yeni sanksiyaların tətbiq olunmasına səbəb olub.
Xəbər lenti
0