Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Tatarıstan Prezidenti Azərbaycana işgüzar səfərə gəlib

© Photo : AZERTAGTatarıstan prezidenti Azərbaycana işgüzar səfərə gəlib
Tatarıstan prezidenti Azərbaycana işgüzar səfərə gəlib - Sputnik Azərbaycan, 1920, 28.11.2022
Abunə olmaq
Bir gün əvvəl Bakıya sənaye müəssisələrinin rəhbərlərindən, kiçik və orta biznes nümayəndələrindən ibarət böyük nümayəndə heyəti gəlib.
BAKI, 28 noyabr - Sputnik. Tatarıstan Prezidenti Rüstəm Minnixanov bu gün Azərbaycana işgüzar səfərə gəlib. Bu barədə Rusiya KİV-ləri Tatarıstan Respublikası Prezidentinin mətbuat xidmətinin rəhbəri Liliya Qalimovaya istinadən məlumat yayıb.
Heydər Əliyev adına beynəlxalq hava limanında onu Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov və Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu qarşılayıblar.

“Tatarıstan Prezidentinin proqramına Tatarıstan-Azərbaycan biznes forumunda iştirak daxildir”, - deyə Qalimova bildirib.

Onun sözlərinə görə, bir gün əvvəl Bakıya sənaye müəssisələrinin rəhbərlərindən, kiçik və orta biznes nümayəndələrindən ibarət böyük nümayəndə heyəti gəlib. Bundan əlavə, işgüzar görüşlər, eləcə də həmvətənlərlə görüş nəzərdə tutulub.
Xəbər lenti
0