Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Qərbin heç bir sanksiyası artıq Rusiyanı dayandıra bilməz - ekspert

© Sputnik / Vladimir SergeevRusiya və Avropa İttifaqının bayraqları. Arxiv şəkli
Rusiya və Avropa İttifaqının bayraqları. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 28.11.2022
Abunə olmaq
İqtisadçı bildirib ki, Rusiya ən mənfi dəyişikliklərə uyğunlaşmağı öyrənib.
BAKI, 28 noyabr — Sputnik. Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar artıq Rusiyanı dayandıra bilməz. Bunu Rusiya Elmlər Akademiyasının İqtisadi Proqnozlaşdırma İnstitutunun direktoru Aleksandr Şirov bildirib.
Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen bu yaxınlarda bildirib ki, Avropa İttifaqı Rusiyaya qarşı doqquzuncu sanksiyalar paketini "maksimum sürətlə" hazırlayır.
"Qərbin heç bir sanksiyası artıq bizi dayandıra bilməz", - deyə Şirov vurğulayıb.
"Açığı, mən təsəvvür belə edə bilmirəm ki, Vaşinqton və Brüssel bizə qarşı bundan sonra daha dəhşətli nələr tətbiq edə bilər? Ancaq, kim bilir? Tutaq ki, onlar qalan Rusiya banklarını SWIFT sistemindən ayıracaqlar, ya da hər şeyə qarşı tam sanksiyalar tətbiq edəcəklər. Ancaq bu, belə desək, edilənlərlə müqayisədə artıq homeopatiyadır", - deyə ekspert əlavə edib.
Şirovun sözlərinə görə, Rusiya ən mənfi dəyişikliklərə uyğunlaşmağı öyrənib.

"Biz böhranların öhdəsindən necə gələməyi öyrənmişik. Etiraf etməliyik ki, əgər hələ 2013-cü ildə Rusiya iqtisadiyyatı praktiki olaraq Qərbin təzyiqindən qorunmurdusa, bu gün ərzaq, maliyyə, müdafiə kimi bir çox mühüm sahələrdə biz həqiqətən də müstəqil olduq", - deyə Rusiya Elmlər Akademiyasının İqtisadi Proqnozlaşdırma İnstitutunun direktoru qeyd edib.

Ekspert əminliklə bildirir ki, indi bütün səylər milli iqtisadiyyatın dinamik inkişafına yönəldilməlidir. Eyni zamanda, ağlabatan risklərə getməyi öyrənmək lazımdır.
"Məsələn, daxili borclanma hesabına, büdcə kəsiri vasitəsilə investisiyaların maliyyələşdirilməsi açıq-aşkar riskdir. Ancaq bu mexanizmin işə salınması bizə əlavə iqtisadi təkan almağa və tez bir zamanda böhranın nəticələrinin öhdəsindən gəlməyə imkan verəcək", - deyə Şirov fikrini yekunlaşdırıb.
Xəbər lenti
0