Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Peskov: Tokayevin Rusiyaya səfəri ikitərəfli münasibətlərin əhəmiyyətini göstərir

© Sputnik / Михаил Климентьев / Mediabanka keçidRusiya Federasiyasının Prezidenti V.Putin Qazaxıstan Prezidenti K.-J Tokayev, arxiv şəkli
Rusiya Federasiyasının Prezidenti V.Putin Qazaxıstan Prezidenti K.-J Tokayev, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 28.11.2022
Abunə olmaq
Prezidentin mətbuat katibi bildirib ki, Qazaxıstan Rusiyanın çox vacib müttəfiqi və tərəfdaşıdır.
BAKI, 28 noyabr - Sputnik. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin yenidən prezident seçildikdən sonra ilk səfərini Rusiya Federasiyasına etməsi ikitərəfli münasibətlərin qarşılıqlı əhəmiyyətindən xəbər verir. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Bu, çox vacibdir, bu, bir daha ölkələrimizin yaxınlığını, ikitərəfli münasibətlərin həm Astana, həm də Moskva üçün əhəmiyyətini, qarşılıqlı əhəmiyyətini vurğulayır", - deyə Peskov bildirib.
Onun sözlərinə görə, Rusiya buna diqqət yetirməyə davam edəcək:
"Bu, bizim çox vacib müttəfiqimiz və tərəfdaşımızdır", - deyə Peskov jurnalistlərə bildirib.
Xatırladaq ki, Tokayev noyabrın 20-də keçirilən növbədənkənar seçkilərdə qalib gəldikdən sonra şənbə günü vəzifəsinin icrasına başlayıb.
Xəbər lenti
0