https://sputnik.az/20221128/abs-ve-rusiya-viza-meseleleri-ile-bagli-novbeti-merhele-planlasdirir---rusiya-xn-449050436.html
ABŞ və Rusiya viza məsələləri ilə bağlı növbəti mərhələ planlaşdırır - Rusiya XİN
ABŞ və Rusiya viza məsələləri ilə bağlı növbəti mərhələ planlaşdırır - Rusiya XİN
Sputnik Azərbaycan
Vaşinqton Moskvaya rusiyalı iş adamı Viktor Butu Rusiyada casusluqda ittiham olunan Pol Uilan və basketbolçu Britni Qrinerlə dəyişməyi təklif edib. 28.11.2022, Sputnik Azərbaycan
2022-11-28T17:43+0400
2022-11-28T17:43+0400
2022-11-28T17:48+0400
rusiya xin
rusiya
abş
viza
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/1e/436830201_0:0:2891:1626_1920x0_80_0_0_f28efe50bc1fddb4ad7226c3b14e3dd9.jpg
BAKI, 28 noyabr — Sputnik. Vaşinqton və Moskva vizalarla bağlı danışıqların növbəti mərhələsini planlaşdırır. Bunu Rusiya xarici işlər nazirinin müavini Yevgeni İvanov deyib."Müvafiq departamentlərin direktorları səviyyəsində təmaslar aparılır, dialoq gedir. Lakin danışıqlar bu ortaq məxrəcə çatmaqdan uzaqdır. Lakin buna baxmayaraq, yəqin ki, növbəti mərhələ də planlaşdırılır", - deyə İvanov jurnalistlərə bildirib.Nazir müavini əlavə edib ki, məhbusların dəyişdirilməsi ilə bağlı danışıqlar aparılır, lakin Rusiya Xarici İşlər Nazirliyi vasitəsilə deyil.Bu yaxınlarda ABŞ-ın Rusiyadakı müvəqqəti işlər vəkili Elizabet Rud müsahibəsində bildirib ki, Vaşinqton xüsusi kanallar vasitəsilə Rusiya hakimiyyət orqanları ilə Britni Qriner və Pol Uilanın azadlığa buraxılması ilə bağlı müzakirələri davam etdirir.KİV-in məlumatına görə, iyulun sonunda Vaşinqton Moskvaya silah alverinə görə ABŞ-da həbs cəzası çəkən rusiyalı iş adamı Viktor Butu Rusiyada casusluqda ittiham olunan Pol Uilan və basketbolçu Britni Qrinerlə (avqustda narkotik qaçaqmalçılığına görə doqquz il həbs cəzası alıb) dəyişməyi təklif edib.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/1e/436830201_29:0:2760:2048_1920x0_80_0_0_a99747b74577a9d8f1425eef453710d3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya xin, abş, viza
ABŞ və Rusiya viza məsələləri ilə bağlı növbəti mərhələ planlaşdırır - Rusiya XİN
17:43 28.11.2022 (Yenilənib: 17:48 28.11.2022) Vaşinqton Moskvaya rusiyalı iş adamı Viktor Butu Rusiyada casusluqda ittiham olunan Pol Uilan və basketbolçu Britni Qrinerlə dəyişməyi təklif edib.
BAKI, 28 noyabr — Sputnik. Vaşinqton və Moskva vizalarla bağlı danışıqların növbəti mərhələsini planlaşdırır. Bunu Rusiya xarici işlər nazirinin müavini Yevgeni İvanov deyib.
"Müvafiq departamentlərin direktorları səviyyəsində təmaslar aparılır, dialoq gedir. Lakin danışıqlar bu ortaq məxrəcə çatmaqdan uzaqdır. Lakin buna baxmayaraq, yəqin ki, növbəti mərhələ də planlaşdırılır", - deyə İvanov jurnalistlərə bildirib.
Nazir müavini əlavə edib ki, məhbusların dəyişdirilməsi ilə bağlı danışıqlar aparılır, lakin Rusiya Xarici İşlər Nazirliyi vasitəsilə deyil.
Bu yaxınlarda ABŞ-ın Rusiyadakı müvəqqəti işlər vəkili Elizabet Rud müsahibəsində bildirib ki, Vaşinqton xüsusi kanallar vasitəsilə Rusiya hakimiyyət orqanları ilə Britni Qriner və Pol Uilanın azadlığa buraxılması ilə bağlı müzakirələri davam etdirir.
KİV-in məlumatına görə, iyulun sonunda Vaşinqton Moskvaya silah alverinə görə ABŞ-da həbs cəzası çəkən rusiyalı iş adamı Viktor Butu Rusiyada casusluqda ittiham olunan Pol Uilan və basketbolçu Britni Qrinerlə (avqustda narkotik qaçaqmalçılığına görə doqquz il həbs cəzası alıb) dəyişməyi təklif edib.