https://sputnik.az/20221128/abs-rusiya-ile-strateji-sabitlik-uzre-dialoqu-berpa-etmek-ucun-furset-gozleyir-449039392.html
ABŞ Rusiya ilə strateji sabitlik üzrə dialoqu bərpa etmək üçün fürsət gözləyir
ABŞ Rusiya ilə strateji sabitlik üzrə dialoqu bərpa etmək üçün fürsət gözləyir
Sputnik Azərbaycan
Bu ölkənin Rusiyadakı müvəqqəti işlər vəkili Elizabet Rud bildirib ki, yaxın vaxtlarda ikitərəfli məşvərət komissiyasının iclası keçiriləcək. 28.11.2022, Sputnik Azərbaycan
2022-11-28T12:39+0400
2022-11-28T12:39+0400
2022-11-28T12:39+0400
abş
rusiya
danışıqlar
münasibət
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427226494_0:0:3137:1765_1920x0_80_0_0_bcfb8a0bf2c58217386bdbbec5ecd163.jpg
BAKI, 28 noyabr — Sputnik. Vaşinqton silahlara nəzarətə sadiqdir və Moskva ilə strateji sabitlik üzrə dialoqu bərpa etmək fürsətini gözləyir. Bunu ABŞ-ın Rusiyadakı müvəqqəti işlər vəkili Elizabet Rud "RİA Novosti"yə müsahibəsində bildirib.O xatırladıb ki, yaxın vaxtlarda ikitərəfli məşvərət komissiyasının iclası keçiriləcək. İclas çərçivəsində tərəflər "strateji hücum silahlarının azaldılması və məhdudlaşdırılması üzrə" hazırkı Müqavilənin (SAMM) icrası ilə bağlı məsələləri müzakirə edəcəklər."Prezident Co Bayden 2026-cı ildə "strateji hücum silahlarının azaldılması və məhdudlaşdırılması üzrə" hazırkı Müqavilənin müddəti bitdikdən sonra silahlara nəzarət strukturunu saxlamaq üçün danışıqlara sadiqliyini çox açıq şəkildə ifadə edib. Biz bu məqsədə sadiq qalırıq", - deyə Rud bildirib. O xatırladıb ki, 2021-ci ildə ABŞ və Rusiya prezidentləri Cenevrədə görüşüblər və orada "daha sabit və proqnozlaşdırıla bilən mexanizm yaratmaq niyyəti" barədə danışıblar. Bununla belə, o əlavə edib ki, Ukrayna ətrafındakı vəziyyətlə bağlı "hazırda strateji dialoqun davamını təsəvvür etmək çətindir"."Biz imkan daxilində əlavə silahlara nəzarət mexanizmlərinin yaradılması üçün səy göstərməyə davam etmək niyyətindəyik. Bu baş verənə qədər biz Müqavilənin mexanizmi olan İkitərəfli Məşvərət Komissiyası çərçivəsində müzakirələrimizi davam etdirəcəyik. Və strateji dialoqu bərpa etmək üçün fürsət gözləyəcəyik. Mən bilirəm ki, biz strateji sabitlik, silahlara nəzarət mexanizmlərinin saxlanması və bu kontekstdə Rusiya ilə münasibətlərin saxlanması məsələlərini müzakirə etməyə dərindən sadiqik", - deyə diplomat vurğulayıb.Qahirədə danışıqların noyabrın 29-dan dekabrın 6-dək aparılacağı gözlənilir. Rusiya nümayəndə heyətinə Rusiya Xarici İşlər Nazirliyinin Silahların Yayılmaması və Nəzarət Departamentinin (SYND) direktor müavini Vladimir Leontiyev rəhbərlik edəcək.Rusiya Federasiyası ilə ABŞ arasında "strateji hücum silahlarının azaldılması və məhdudlaşdırılması üzrə tədbirlər haqqında" saziş 2010-cu il aprelin 8-də Praqada (Çexiya) imzalanıb.O, 1991-ci ildə imzalanmış "strateji hücum silahlarının azaldılması və məhdudlaşdırılması üzrə" Müqaviləni, qüvvəyə mindikdən sonra isə 2002-ci ildə qəbul edilmiş "strateji hücum potensiallarının azaldılması haqqında" Müqaviləni əvəz edib. 3 fevral 2021-ci ildə Moskva və Vaşinqton Müqavilənin beş il müddətinə uzadılması haqqında sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi ilə bağlı nota mübadiləsi aparıblar.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427226494_0:0:2731:2048_1920x0_80_0_0_34f00fe1f3e5a62d55f4457874206de3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
abş, danışıqlar, münasibət, rusiya
abş, danışıqlar, münasibət, rusiya
ABŞ Rusiya ilə strateji sabitlik üzrə dialoqu bərpa etmək üçün fürsət gözləyir
Bu ölkənin Rusiyadakı müvəqqəti işlər vəkili Elizabet Rud bildirib ki, yaxın vaxtlarda ikitərəfli məşvərət komissiyasının iclası keçiriləcək.
BAKI, 28 noyabr — Sputnik. Vaşinqton silahlara nəzarətə sadiqdir və Moskva ilə strateji sabitlik üzrə dialoqu bərpa etmək fürsətini gözləyir. Bunu ABŞ-ın Rusiyadakı müvəqqəti işlər vəkili Elizabet Rud "RİA Novosti"yə müsahibəsində bildirib.
O xatırladıb ki, yaxın vaxtlarda ikitərəfli məşvərət komissiyasının iclası keçiriləcək. İclas çərçivəsində tərəflər "strateji hücum silahlarının azaldılması və məhdudlaşdırılması üzrə" hazırkı Müqavilənin (SAMM) icrası ilə bağlı məsələləri müzakirə edəcəklər.
"Prezident Co Bayden 2026-cı ildə "strateji hücum silahlarının azaldılması və məhdudlaşdırılması üzrə" hazırkı Müqavilənin müddəti bitdikdən sonra silahlara nəzarət strukturunu saxlamaq üçün danışıqlara sadiqliyini çox açıq şəkildə ifadə edib. Biz bu məqsədə sadiq qalırıq", - deyə Rud bildirib. O xatırladıb ki, 2021-ci ildə ABŞ və Rusiya prezidentləri Cenevrədə görüşüblər və orada "daha sabit və proqnozlaşdırıla bilən mexanizm yaratmaq niyyəti" barədə danışıblar. Bununla belə, o əlavə edib ki, Ukrayna ətrafındakı vəziyyətlə bağlı "hazırda strateji dialoqun davamını təsəvvür etmək çətindir".
"Biz imkan daxilində əlavə silahlara nəzarət mexanizmlərinin yaradılması üçün səy göstərməyə davam etmək niyyətindəyik. Bu baş verənə qədər biz Müqavilənin mexanizmi olan İkitərəfli Məşvərət Komissiyası çərçivəsində müzakirələrimizi davam etdirəcəyik. Və strateji dialoqu bərpa etmək üçün fürsət gözləyəcəyik. Mən bilirəm ki, biz strateji sabitlik, silahlara nəzarət mexanizmlərinin saxlanması və bu kontekstdə Rusiya ilə münasibətlərin saxlanması məsələlərini müzakirə etməyə dərindən sadiqik", - deyə diplomat vurğulayıb.
Qahirədə danışıqların noyabrın 29-dan dekabrın 6-dək aparılacağı gözlənilir. Rusiya nümayəndə heyətinə Rusiya Xarici İşlər Nazirliyinin Silahların Yayılmaması və Nəzarət Departamentinin (SYND) direktor müavini Vladimir Leontiyev rəhbərlik edəcək.
Rusiya Federasiyası ilə ABŞ arasında "strateji hücum silahlarının azaldılması və məhdudlaşdırılması üzrə tədbirlər haqqında" saziş 2010-cu il aprelin 8-də Praqada (Çexiya) imzalanıb.
O, 1991-ci ildə imzalanmış "strateji hücum silahlarının azaldılması və məhdudlaşdırılması üzrə" Müqaviləni, qüvvəyə mindikdən sonra isə 2002-ci ildə qəbul edilmiş "strateji hücum potensiallarının azaldılması haqqında" Müqaviləni əvəz edib. 3 fevral 2021-ci ildə Moskva və Vaşinqton Müqavilənin beş il müddətinə uzadılması haqqında sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi ilə bağlı nota mübadiləsi aparıblar.